Icma.az
close
up
RU
Dörd oyunda mübahisəli məqam oldu, hakimlər haqlı çıxdı

Dörd oyunda mübahisəli məqam oldu, hakimlər haqlı çıxdı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

5 oyunda 22 sarı vərəqə qeydə alınıbsa, məşqçilər hakim qərarlarından narazılıq etməyibsə, mübahisəli penalti(lər) olmayıbsa, deməli, tur yetərincə intizamlı keçib.

Düzdü, Hakimlər Komitəsinin sədri Frenk De Blekere birdən-birə 4 oyun (Kəpəz – Araz-Naxçıvan, Səbail – Qarabağ, Neftçi – Zirə, Sumqayıt - Şamaxı) izahat verməli oldu. Belçikalı funksioner bütün hallarda hakimlərə haqq qazandırdı. Uduzan komandaların çalışdırıcıları da vay-şivən salmadısa, De Blekereyə inanmaqdan başqa yolumuz yoxdu.
Neftçi – Zirə, KAMAL UMUDLU
Gərgin rəqabət şəraitində keçən paytaxt derbisi “Neftçi”nin qələbəsiylə nəticələndi. İlk dəqiqələrdə komandaların təmkinli oyununa şahidlik etdiksə, sonradan kobud müdaxilələr bir-birini izlədi. Belədə Umudlu Salifu Sumanı qayda pozuntusuyla dayandıran Rafael Quzzoya sarı vərəqə göstərdi. Ədalət təmsilçisi nə hücuma keçmək istəyən Ceyhun Nuriyevə qarşı kobudluq edən Edvin Kuçu bağışladı, nə də Quzzonu yerə yıxan Qismət Alıyevi. Referi Samir Abasovu da cəzalandırdı. Böyük ehtimalla, mütəxəssis Emil Səfərovun yerdə qaldığı epizoda görə Georgi Papunaşvilinin “sarı” almasını tələb edirdi. Lakin “Neftçi”nin futbolçusu “Zirə”nin oyunçusu üzündən yox, komanda yoldaşıyla toqquşduğuna görə yıxıldı. Təbii ki, belədə hakimin qərarını haqlı saymalıyıq. Ümumiyyətlə, FİFA referisi matçı yaxşı idarə etdi. Birinci hissəyə ən azı 1 dəqiqə əlavə etsəydi, işinin tam qüsursuz olduğunu deyə bilərdik. Amma o, bir neçə saniyəlik fasilələri görməzdən gəldi.
Sumqayıt – Şamaxı, RAUF CABBAROV
“Sumqayıt” şəhərin 75 illik yubileyini qələbəylə təbrik etmək, “Şamaxı” isə altı oyunluq qələbəsizlik seriyasına son qoymaq istəyirdi. Hər halda, istəyinə çatan “kimyaçılar” oldu. Matçın baxımlı və həyəcanlı keçməsi bir yana, xeyli qayda pozuntusu da qeydə alındı. Və Cabbarov, demək olar ki, heç kimə güzəşt etmədi. Belədə meydan sahiblərinin iki, qonaqların üç futbolçusu “sarı” ilə üzləşdi. Hər birinin doğru qərar olduğunu qeyd edək. Ədalət təmsilçisi İlkin Muradovun cərimə meydançası daxilində əllə oynadığı epizoda görə penalti qərarını VAR-da incələmə aparandan sonra verdi. Daha diqqətli olsaydı, qayda pozuntusunu çılpaq gözlə də görə bilərdi...
Kəpəz - Araz-Naxçıvan, ELÇİN MƏSİYEV
Meydana qələbə istəyi ilə çıxdığını göstərən qonaqlar 8-ci dəqiqədə hesabı açsa da, yan xətt hakiminin bayrağı havada idi. Ramon Maçado oyundankənar vəziyyətdə idi. 75-ci dəqiqədə Maçadonun ofsayddan vurduğu daha bir qol ofsayd üzərindən sayılmadı. Demək olar ki, gəncəli azarkeşlər baş hakimin bütün qərarlarına etiraz edirdi. Hətta referi “Kəpəz”in baş məşqçisi Azər Bağırova sarı vərəqə göstərəndə gəncəli azarkeşlərdən biri “Azər, vur onu, biz burdayıq” dedi.
Turan Tovuz - Sabah, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən səhvi olmadı. Rəqibləri birləşdirən cəhət ikisinin də avrokuboklara vəsiqə uğrunda mübarizə aparması idi. Hər iki komandanın vurduğu qol qaydalar çərçivəsində idi. Ümumiyyətlə, referi matçı qənaətbəxş idarə etdi. İkinci hissə ev sahiblərinin kəskin təzyiqiylə başladı və ilk yarı ilə müqayisədə daha canlı keçdi. Beş dəfə əlini cibinə atan və bunların dördündə qonaqları cəzalandıran Rəşad bəy səhvlərə yol vermədi.
Səbail – Qarabağ, NİCAT İSMAYILLI
Nicat İsmayıllı və köməkçiləri vəzifəsinin öhdəsindən pis gəlmədi. Təkcə oyunun sonlarında baş verən epizodda penalti verilməməsi ağdamlılarda müəyyən narazılıq doğurdu. Düzdü, 3:0 öndə olan çempion üçün bu qərarı heç nəyi dəyişmədi. 90+3-cü dəqiqədə Yassin Benzya rəqib futbolçu Azad Əsgərovla top uğrunda mübarizədə yerə yıxıldı. Əlcəzairli futbolçu həmin an etirazını bildirsə də, hakim oyunu davam etdirdi. Hakimlər Komitəsinin sədri De Blekere də sonradan referiyə haqq qazandırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri