Dörd prokuror həlak oldu
Icma.az, Lent az saytına istinadən bildirir.
Rusiyanın Ukraynada apardığı müharibədə dörd prokurorluq əməkdaşı həlak olub.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə baş prokurorun müavini vəzifəsinə namizəd Oleq Loqunov Dövlət Dumasının komitə iclasında məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 79 prokurorluq əməkdaşı müharibəyə yollanıb. Onlardan 11-i dövlət mükafatına layiq görülüb, üçü isə ölümündən sonra təltif edilib.
Hazırda 51 prokurorluq əməkdaşı döyüşlərdə iştirakını davam etdirir. Daha 22 nəfər isə geri qayıdaraq əvvəlki vəzifəsində işləyir.
Loqunov bildirib ki, müharibəyə könüllü gedən və ya müqavilə bağlayan əməkdaşların əmək müqavilələri müvəqqəti dayandırılır. Onlar geri qayıtdıqdan sonra əmək hüquqlarını bərpa edə bilirlər.
Rusiya Baş Prokurorluğu müharibədə iştirak edən bütün əməkdaşlarının uçotunu aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Noyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















