Dehlidə daşqın: dörd nəfər həlak oldu
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistanın paytaxtı Dehlinin bəzi əraziləri güclü yağışlardan sonra su altında qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb.
Yeni Dehlidə onlarla ağac qırılıb, bəzi binalar dağılıb. Dörd nəfərin öldüyü bildirilir.
Pis hava şəraiti Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında 120-dən çox reys təxirə salınıb. Çoxları başqa şəhərlərə yönləndirilib. Qatarların hərəkət cədvəlində də dəyişikliklər olduğu barədə də məlumatlar var.
Dehli səlahiyyətliləri sakinlərə evdə qalmağı tövsiyə edib. Hindistan Meteorologiya Departamenti şənbə gününə qədər paytaxtda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib, güclü yağış, tufan proqnozlaşdırlır.
Gununsesi.info


