Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Dördtəkərlilər şəhəri ələ keçirib TƏHLİL

Dördtəkərlilər şəhəri ələ keçirib TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakı insan üçün yox, avtomobil üçün dizayn olunub


Bakı insanını udan şəhərə çevrilir, səkilər yox, tıxaclar hökmranlıq edir

Bakı şəhərinin indiki urbanistik və nəqliyyat strukturu uzun illər boyunca avtomobil prioritetli yanaşma əsasında formalaşdırılıb. Şəhərin planlaşdırılması və küçələrin dizaynı çox vaxt piyadaların rahatlığı və təhlükəsizliyi nəzərə alınmadan aparılıb. Nəticədə Bakıda piyada hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb, səkilər çox vaxt ya dar, ya da ümumiyyətlə mövcud deyil, piyada keçidləri isə əlilliyi olan insanlar, uşaqlı valideynlər və ya ağır yük daşıyan şəxslər üçün praktik deyil. Sovet dövründə formalaşmış düşüncə, yəni hər bir vətəndaşın gələcəkdə şəxsi avtomobili olacağı və piyada hərəkətinin önəmli olmayacağı indiki vəziyyətin əsas səbəblərindən biridir. Bu yanaşmanın fəsadları xüsusilə kəsişmələrdəki “U” şəkilli piyada keçidlərində özünü göstərir, burada piyada A nöqtəsindən B nöqtəsinə çatmaq üçün bir neçə dəfə yol keçməli və işıqforlarda uzun müddət gözləməlidir.


Məsələ təkcə infrastrukturla bitmir. Sosial media və ictimai diskussiyalarda bu mövzuya diqqət çəkən şair Aqşin Yenisey vurğulayıb ki, Bakı küçələrində artıq insan nəsli “təkərlər” qarşısında görünməz olub: 

“Uzun prospektlər boyunca gəzdikdə, ayaqla hərəkət edən insanla rastlaşmaq nadir hallarda mümkündür. İnsanlar avtomobil tıxacında oturub gözləri ilə yol çəkirlər, piyada hərəkəti isə sosial baxımdan az qiymətləndirilir. Yeni tikililərin həndəvərində, ümumiyyətlə, ikiayaqlı varlıq – yəni insan – nəzərə alınmır; hər şey yeni növ dördtəkərli canlılar üçün dizayn edilir”.


Bu vəziyyət təkcə fiziki və sosial məhdudiyyətlər yaratmır, həm də şəhərin mədəni və sosial həyatına ciddi təsir göstərir. Piyadaların şəhər həyatında rolu azaldıqca, tıxac, səs-küy və stress artır. Bu mənzərə göstərir ki, Bakı şəhəri hələ də insan üçün deyil, avtomobil üçün dizayn olunub. Ancaq hələ gec deyil. İnkişaf etmiş ölkələrin urbanistik təcrübəsi göstərir ki, şəhər mühitini yenidən insan mərkəzli dizayn etmək mümkündür. Bu, yalnız səkilərin genişləndirilməsi və piyada keçidlərinin rahatlaşdırılması ilə məhdudlaşmır; həm də inzibati tədbirlərin, nəqliyyat siyasətinin və şəhər planlaşdırmasının koordinasiyalı şəkildə yenidən formalaşdırılmasını tələb edir. Məqsəd şəhəri yalnız avtomobil üçün deyil, hər kateqoriyadan olan sakinlər üçün təhlükəsiz, rahat və əlçatan bir məkan halına gətirməkdir.


Nəqliyyat eksperti İlqar Hüseynli də Sherg.az-a açıqlamasında Bakı küçələrində piyada hərəkətinin az olduğunu, avtomobillərin üstünlük təşkil etdiyini vurğulayıb. Ekspertin fikrincə, burada o qədər obyektiv və subyektiv amillər var ki, səbəbləri tapmaq üçün hamısını bir-bir  müqayisə etmək lazımdır. 

İ.Hüseynli  hesab edir ki, bir-birinə zəncirvari bağlı olan problemlər Bakının piyadasız şəhərə çevrilməsinə zəmin yaradır. Məsələn, pik saatlarda yolların və metro stansiyalarının çox sıx olması, ictimai nəqliyyatın sərnişindaşıma qabiliyyətinin kifayət etməməsi və əhalinin şəxsi avtomobillərə üstünlük verməsi bu vəziyyətin başlıca səbəblərindəndir: 

“Buna müqayisə üçün Nyu-York şəhərinin təcrübəsi göstərilə bilər. Orada mərkəzi küçələrə avtomobillə giriş ödənişlidir və park qiymətləri kifayət qədər yüksəkdir. Nəticədə insanlar şəxsi avtomobilə yox, ictimai nəqliyata üstünlük verirlər və şəhərin mərkəzi küçələrində piyada hərəkəti daha çox müşahidə olunur. Lakin burada bir reallıq var. Nyu-York şəhərinin elə bir hissəsi yoxdur ki, orada ictimai nəqliyyatın səmərəli fəaliyyəti təmin edilməsin. Bizdə isə ictimai nəqliyyatın hərəkət axını yetərli deyil. Əslində sizə bir faktı da deyim. Kənardan elə görünür ki, Bakıda adambaşına düşən nəqliyyat sayı çoxdur. Lakin digər ölkələrlə müqayisə etdikdə Azərbaycanın bu sahə üzrə kifayət qədər aşağı yerlərdə olduğunu görərik. Hətta  Cənubi Qafqazın 3 ölkə arasında belə Gürcüstandan sonradır. Bizdə ictimai nəqliyyatın sərnişindaşıma gücü çatmır. Hamı eyni vaxtda işdən və dərsdən çıxır, nəticədə Rəşid Behbudov və Azadlıq prospektlərində, eləcə də "28 May" metrosunun ətrafındakı bütün yollarda dəhşətli sıxlıq yaranır. Metroda da vəziyyət ürəkaçan olmur. Axı bizim ictimai nəqliyyatın sərnişindaşıma imkanları yetərli deyil ki, vətəndaşlar şəxsi avtomobillərə yox, ictimai nəqliyyata üstünlük versinlər”.

Piyada gəzməyə gəldikdə isə İ.Hüseynli Aqşin Yeniseyin iradı ilə razılaşıb: “Azərbaycan əhalisi yeriməyi sevmir. Biz komfortu və avtomobili sevən xalqlar sırasında yer alırıq. Üstəlik, səkilərimizdə piyadaların hərəkəti üçün ciddi problemlər mövcuddur. Bakı şəhərinin prospektlərində nəqliyyat və sərnişin tutumu ilə bağlı çatışmazlıqlar çoxdur. Əhali sayı sürətlə artıb və qeyri-təbii urbanizasiya nəticəsində elə bir yüklənmə baş verib ki, nə insanlarımız, nə də avtomobillərimiz şəhərə yerləşə bilir. Son illərdə Bakının insanyönümlü şəhərə çevrilməsi üçün müəyyən addımlar atılır. Bir neçə mərkəzi küçəyə avtomobillə giriş ya ödənişlidir, ya da ümumiyyətlə qadağan olunub. Bu cür tədbirlərin əhatə dairəsi genişləndikcə insanlar da mərkəzi küçələrdə avtomobilsiz hərəkətə üstünlük verəcəklər. Lakin buna nail olmaq üçün ictimai nəqliyyata əl gəzdirilməli və onun fasiləsiz fəaliyyəti təmin edilməlidir”.


İctimai nəqliyyatın səmərəliliyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan 2030-cu il dövlət proqramını xatırladan İlqar Hüseynli qeyd edib ki, 9 yeni metro stansiyasının, yolötürücü qovşaqların və körpülərin salınması ilə bağlı təşəbbüslər mövcuddur. Onun sözlərinə görə, 2030-cu ilə qədər sürət qatarları, elektrik qatarları və metrobusların Bakı şəhərində sərnişindaşımada tətbiq ediləcəyi gözlənilir: 

“Əgər universitetlər, nazirliklər və tələbə yataqxanaları Bakının kənarına köçürülsə, Qarabağa qayıdış konsepsiyası tam şəkildə icra olunsa və regionlarda yeni iş yerləri açılsa, əhalinin geridönüşü təmin edilər. Bu tədbirlər nəticəsində avtomobilsiz Bakını geri qaytarmaq mümkün olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri