“DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə üçüncü dəfə mükafata layiq görülüb AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Globee Business Awards” beynəlxalq müsabiqəsində layihənin işəgötürənlər üçün təmin etdiyi qiymətləndirmə dəstəyini münsiflər heyəti yüksək qiymətləndirib.
“DOST Müfəttiş” biznesin inkişafına innovativ töhvə verən layihə kimi qəbul edilərək müsabiqənin mükafatına layiq görülüb. Bununla da, “DOST Müfəttiş” layihəsi sayca üçüncü beynəlxalq mükafata layiq görülüb.
Müsabiqəyə ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və digər ölkələrdən 100-dən çox layihə təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















