Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətlə Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” növbəti beynəlxalq uğurlar qazanıblar.
Newscenter.az xəbər verir ki, Xidmətin fəaliyyət sahələrində innovativ yanaşmaların geniş tətbiqi və “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün qiymətləndirmə dəstəyi “Global Banking & Finance Review” beynəlxalq jurnalının (Böyük Britaniya) müsabiqəsində münsiflər heyətinin yüksək qiymətini alıb.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi müsabiqənin qalibləri sırasına daxil edilərək “İnnovasiyada Mükəmməllik-2024” mükafatlarına layiq görülüblər.
https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2024-award-winners/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. daxil olmaqla 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq mükafata layiq görülüb
25 İyun 2025 12:08
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb
07 Noyabr 2024 10:58
Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb
17 Fevral 2025 23:18
Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq mükafata layiq görülüb
21 Aprel 2025 11:49
“DOST Müfəttiş” layihəsi beynəlxalq mükafata layiq görülüb
11 Dekabr 2024 14:55
Baxış sayı:144
Bu xəbər 11 Dekabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















