Dostlarına pul qazandırdığı şübhəsi ilə həbs olundu
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kike Salas başına iş açıb. “Sevilya”nın futbolçusu mərc dələduzluğuna görə həbs olunub.
İspaniya mətbuatının məlumatına görə, o, dostlarının mərc oyunlarında pul qazanması üçün bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. 22 yaşlı ispaniyalı müdafiəçidən başqa ona yaxın olan daha iki şəxslə bağlı istintaq aparılır. İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış milli polis bölməsi tərəfindən aparılır. Bu araşdırma ötən mövsümün son oyunları ilə bağlıdı.
Xatırladaq ki, Salas 2023/24 mövsümündə 10 sarı vərəqə alıb. Maraqlıdı ki, rəsmi xəbərdarlıqların 7-si son 9 oyunda qeydə alınıb. Təqsiri sübut ediləcəyi halda Kike 6 aydan 3 ilə qədər həbs cəzasına məhkum edilə bilər. Onun bu mövsüm “Sevilya”nın heyətində 16 matçda iştirak etdiyini də bildirək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 17 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















