Icma.az
close
up
RU
Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər.

Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Ariane Resnik deyir ki, kiminsə sizi qısqanması həm sizin, həm də onların enerjisini tükəndirir.

Odur ki, yaxınınızda olan şəxslərin sizi qısqandığını göstərən 11 əlaməti təqdim edirik:

1. Sizi kopyalamağa çalışırlar

Gizli qısqanclığın ən aşkar əlamətlərindən biri də sizi təqlid etmələridir. Onlar sizin həyatınızı öz həyatlarının bir planı kimi görürlər. Əgər onlar oxşar paltar geyinirlərsə, oxşar iş axtarırlarsa və ya sizdən dərhal sonra eyni şeyi alırlarsa, çox güman ki, qısqanırlar.

2. Daim sizinlə yarışırlar

Yeni bir maşın və ya vəzifə yüksəlişi aldığınız zaman dərhal oxşar bir addım atmağa çalışırlar. Sizi üstələməyə və üstünlüyünü iddia etməyə çalışmaları qısqanc olduqlarının əhəmiyyətli bir əlamətidir.

3. Arxanızca danışırlar

Qısqanclıq bir insanı bürüdükdə, onlar sizin arxanızca qeybət etməyə meylli ola bilərlər. Klinik Psixoloq Dr. Randi Qünter qeyd edir ki, insanların başqaları haqqında arxasınca danışdıqları hallar, əgər həmin insana fayda vermirsə və ya incidirsə, çox vaxt qısqanclıq və paxıllıq hisslərindən qaynaqlanır.

4. Uğurlarınızı təbrik etmirlər

Həyatınızda həyəcanverici bir şey baş verdikdə, insanlardan sizi təbrik etmələri və xoşbəxtliyinizi bölüşmələri gözlənilir. Əgər kimsə uğurlarınızı görməzdən gəlirsə və onları qeyd etməkdən yayınırsa, bu, həmin uğurların öz uğurları olmasını istəmələri ilə bağlı ola bilər.

5. Sizdən uzaqlaşırlar

Həyatınızda hər şeyin yolunda getdiyini görmək onlar üçün ağrılı ola bilər, çünki bu, onlara öz çatışmazlıqlarını xatırladır. Psixoloq Afton Turner deyir ki, qısqanclıq ünsiyyət problemlərinə, etibarın itirilməsinə və emosional məsafəyə səbəb ola bilər. Bəzən özlərinə yer yaratmaq üçün sizdən uzaqlaşmağı seçə bilərlər.

6. Sizinlə həddindən çox yaxın olmağa çalışırlar

Uzaqlaşmağın tam əksi bir vəziyyət də yarana bilər. Sizi itirməkdən qorxduqları üçün sizə daha da yaxın durmağa çalışa bilərlər. Dr. Robin Stern vacib bir münasibəti itirmək qorxusunun bu cür yaxınlaşmalara səbəb ola biləcəyini deyir.

7. Həddindən çox yaxşı davranırlar

Onlar qısqanclıqlarını gizlətmək üçün sizə qarşı həddindən artıq şirin və ya mehriban davrana bilərlər. Psixoterapevt Riçard Zvolinski qeyd edir ki, bu, ünsiyyət qurmaq və söhbət vasitəsilə qısqanclığı və ya paxıllığı həll etmək üçün bir fürsət ola bilər.

8. Onlar sizi və hərəkətlərinizi tənqid edirlər

Psixoterapevt Culi Dodsonun fikrincə, çatışmazlıq və ya narazılıq hissləri başqalarına qarşı mənfi tənqid kimi özünü göstərə bilər. Onlar sizdə sahib olmaq istədiklərini gördükdə özlərini daha yaxşı hiss etdirmək üçün sizi tənqid edə bilərlər.

9. Sizi öyrəşmədiyiniz bir formada tək qoyurlar

Sizi tədbirlərdən və ya dost qruplarından kənarlaşdırmaq bir cəza növü ola bilər. Onlar, xüsusən də həyatınızda işlər çox yaxşı getdikdə, paxıllıq hisslərindən bu cür kənarlaşdırma davranışı nümayiş etdirə bilərlər.

10. Siz zirvədə olanda yoxa çıxırlar

Əgər siz həyatda uğurlu addımlar atarkən öz həyatlarında çətinlik çəkdiklərini düşünürlərsə, sizdən uzaqlaşa bilərlər. 

11. Həyatınızı romantikləşdirirlər

Psixoloq Araya Beyker qeyd edir ki, uğurunuzun və inkişafınızın əslində çox səy tələb etdiyini görməzdən gələn insanlar həyatınızın heç çalışıb çabalamadan mükəmməl oduğunu düşünürlər. Onlar sizin həyatınızı ideallaşdırır, onu olduğundan daha mükəmməl görür və öz həyatlarından utanırlar.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 May 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri