Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Dostluğa xəyanət edən Makron rejimi oldu

Dostluğa xəyanət edən Makron rejimi oldu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özünü dünyaya sülh və demokratiya carçısı kimi təqdim edən, milli devizi “azadlıq, bərabərlik, qardaşlıq” olan Fransanın Azərbaycanla bağlı olduqca destruktiv siyasət yürütməsi günümüzün acı reallığıdır. Bir vaxtlar yüksələn xətt üzrə inkişaf edən Fransa–Azərbaycan münasibətlərinin indiki səviyyəyə gəlib düşməsi bilavasitə prezident Emmanuel Makronun “xüsusi xidmətlərinin” nəticəsidir. Məhz onun 2017-ci ildə dövlət başçısı seçilməsindən sonra əlaqələr pisləşməyə doğru getdi. Ancaq, necə deyərlər, qırılma nöqtəsi Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etmək üçün apardığı Vətən müharibəsi oldu. Fransa hakimiyyəti müharibənin ilk günlərindən etibarən maskasını çıxararaq atdı və açıq-aşkar Ermənistanın tərəfini tutdu.

Sözsüz ki, rəsmi Paris həmin vaxtadək də ermənipərəst siyasət yürüdürdü. Bu ölkənin siyasi isteblişmentində hər zaman azərbaycanofob, türkofob və islamofob düşüncələr hakim idi. Fransa BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermələrdə ölkəmizin əleyhinə səs verirdi. Halbuki, ən azı bitərəf qalması da mümkün idi. Amma Parisin anti-Azərbaycan fəaliyyəti bu səviyyədə deyildi. Digər tərəfdən ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətlərindən biri olması Fransanı müəyyən mənada cilovlayır, onu formal da olsa, bitərəf olmağa sövq edirdi. Fransa hər zaman keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı status-kvonun olduğu kimi qalmasına çalışırdı. Ancaq Azərbaycan Ordusunun status-kvonu dağıtması, torpaqlarımızın işğaldan azad olunması üçün Zəfər yürüşünə başlaması Parisin əsl simasını üzə çıxardı.

Vətən müharibəsinin ilk günlərindən etibarən Fransa siyasi, diplomatik və media müstəvisində Azərbaycana qarşı total hücuma başladı. Fransanın dövlət başçısı Minsk qrupunun digər həmsədrləri ilə birgə oktyabrın 1-də hərbi əməliyyatların dayandırılmasına çağırış etdi. Ancaq bu çağırışlar, haqlı olaraq, nəzərə alınmadı. Həmsədrlər bu məsələni iki dəfə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa çalışdılar. Hər iki halda TŞ-nin qeyri-daimi üzvləri olan Azərbaycanın Qoşulmama Hərəkatındakı müttəfiqləri bədnam təşəbbüslərin qarşısını aldılar.

Makron hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə zəng etdi. Dövlətimizin başçısı mövqeyindən geri çəkilməyərək telefon zəngləri zamanı ölkəmizin prinsipial mövqeyini çatdırdı. Məlumdur ki, bu mövqe Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxarılması ilə bağlı vaxt cədvəlinin verilməsindən ibarət idi.

Buna paralel olaraq, Fransa mediası 2020-ci il sentyabrın sonlarından etibarən, ölkəmizə qarşı çirkin təbliğata başladı. Azərbaycanın, guya, Suriyadan muzdlu döyüşçülər gətirməsi ilə bağlı məhz Fransa mediası – “Figaro” və “Le Monde” qəzetləri tərəfindən ünvanımıza böhtanlar atıldı. Amma bunlar heç bir nəticə vermədi və bütün maneələrə baxmayaraq, ordumuz başladığı işi uğurla sona çatdırdı.

Müharibədən sonra Azərbaycan qalib ölkə kimi Ermənistana barışıq əli uzadaraq sülh bağlamağı, necə deyərlər, yaranmış boşluğu doldurmağı təklif etdi. Fransa isə səhvlərindən nəticə çıxarmaq, regionda sülhün bərqərar olmasına töhfə vermək əvəzinə əvvəlki siyasətini davam etdirdi. Hətta, daha qızışdırıcı mövqe tutmağa, BMT TŞ-də Qarabağ məsələsini müzakirəyə çıxarmağa dalbadal cəhdlər göstərməyə, Ermənistanı öldürücü silahlarla təchiz etməyə başladı. Ermənistan–Azərbaycan şərti sərhədində Avropa İttifaqının “mülki müşahidəçiləri”nin yerləşdirilməsində Fransanın xüsusi canfəşanlıq etdiyi danılmaz faktdır. Parisin atdığı bir sıra digər təxribatçı addımlar son nəticədə Fransa–Azərbaycan münasibətlərində indiki gərgin vəziyyətə gətirib çıxardı.

Yaranmış durumun məhz Fransanın yürütdüyü destruktiv siyasətdən qaynaqlandığını Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində aydın şəkildə əks etdirdi. Dövlətimizin başçısı bildirdi ki, prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb: “Hətta deyərdim ki, Fransa ilə hər hansı Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var. Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular...”

Dövlətimizin başçısı Fransanın müstəmləkə ərazilərində törətdiyi əməllərdən faktlarla bəhs etdi. Parisin neokolonial siyasətinin ifşasının daha dərin xarakter daşıdığını bildirdi. Eyni zamanda, Makron rejiminin Fransanı mahiyyət etibarilə uğursuz dövlətə çevirdiyini vurğuladı. Bu istiqamətdə bir neçə misal çəkdi. Prezident Fransanın Afrikada, Sahel regionunda, Nigerdə, Burkino-Fasoda, Malidə iflasa uğradığını qeyd etdi. Bildirdi ki, növbədə Çaddır. Bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqalda isə prezident dəyişdi və milli ruha malik insan gəldi. Uğrusuzluq seriyasını Livanda Fransa ilə bağlı cərəyan edən proseslər, Azərbaycanda tam iflas, Gürcüstanda iflas davam etdirir.

Mövzu üzrə fikirlərini XQ ilə bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bildirdi ki, Fransa bir zamanlar dünyanın güclü və nüfuzlu dövlətlərindən biri kimi siyasi, mədəni və iqtisadi sahələrdə təsirini geniş yaymışdı. Lakin son onilliklərdə ölkənin beynəlxalq nüfuzu azalmağa başlayıb. E.Makronun hakimiyyətə gəlməsi ilə bu proses daha da sürətlənib. Makronun daxili siyasətdə sərt üsullara üstünlük verməsi, beynəlxalq arenada isə yanlış hesablamalara əsaslanan qərarlar qəbul etməsi Fransa dövlətinin nüfuzuna ciddi zərbə vurub: “Fransanın bu tənəzzülü həm daxildə, həm də beynəlxalq miqyasda bir çox aspektdə təzahür edir. Makronun diktatorluğa meyilli idarəetmə tərzi, cəmiyyətdə parçalanma yaratmış siyasəti və dünya səhnəsində səhv xarici siyasət kursu ölkənin təsir dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Makron hakimiyyəti dövründə Fransanın daxili siyasəti ciddi böhranlarla üzləşib. Sosial bərabərsizlik, iqtisadi durğunluq və vətəndaş hüquqlarının pozulması cəmiyyətin böyük hissəsində narazılıqların yaranmasına səbəb olub. Bu vəziyyət xüsusilə “Sarı jiletlilər” hərəkatı zamanı açıq şəkildə müşahidə olundu. On minlərlə insan küçələrə çıxaraq iqtisadi ədalətsizliyə, yüksək vergilərə və sosial təminatların azalmasına etiraz etdi. Hökumətin sərt cavabı, o cümlədən polis zorakılığı və repressiyalar, Makronu demokratik liderdən daha çox avtoritar idarəetmə üslubunu təmsil edən şəxs kimi tanıtdı. Fransa hökumətinin bu hərəkətləri yalnız daxili tənqidlərlə deyil, həm də beynəlxalq insan hüquqları təşkilatlarının qınağı ilə qarşılandı. Fransa hazırda Böyük Fransa inqilabı ilə təməlini qoyulan humanist dəyərlərdən uzaq düşmüş ölkə təəssüratı yaradır. Xalq arasında dərin narazılıq, artan yoxsulluq və sosial bərabərsizlik Fransa cəmiyyətinin tarixi irsi ilə ziddiyyət təşkil edir. Bunun nəticəsində Fransa öz tarixi rolunu və beynəlxalq arenada liderliyini itirmək təhlükəsi ilə üz-üzədir”.

Müsahibimiz qeyd etdi ki, Fransa, tarix boyu müstəmləkəçilik siyasəti ilə tanınıb və bu siyasətinə görə dünyada çox ciddi tənqidlərə məruz qalıb: “Afrika ölkələrindəki müstəmləkə keçmişindən qaynaqlanan etiraz dalğaları, Cənubi Qafqazdakı proseslərə təsir edə bilməməsi və beynəlxalq aləmdə bəzi tərəfdaşlarının digər güclərlə yaxınlaşması Fransanın nüfuzunun azalmasının əsas göstəriciləridir. Bu gün Fransa həm Avropa İttifaqında, həm də daha geniş geosiyasi konteksdə əvvəlki təsir gücünü saxlamaqda çətinlik çəkir”.

Ekspert bildirdi ki, Fransanın beynəlxalq siyasəti E.Makronun hakimiyyəti dövründə olduqca ziddiyyətli yanaşmaları, haqsız və ədalətsiz mövqeyini qəbul etdirmək istəyi uğursuz cəhdlərlə yadda qaldı. Paris keçmiş müstəmləkə gücü olaraq Afrika ölkələrində təsir dairəsini saxlamaq və yenidən gücləndirmək istəyirdi. Lakin bu cəhdlər çox vaxt nəinki nəticəsiz qaldı, hətta bir sıra ölkələrin Fransa ilə münasibətlərini yenidən köklü şəkildə dəyərləndirməsi ilə nəticələndi. Bu proses, Fransanın tarixi olaraq nəzarət etdiyi bölgələrdə nüfuzunun ciddi şəkildə zəifləməsinə gətirib çıxardı: “Makronun Afrika siyasətində digər ziddiyyətli məqam onun qitənin gənc nəslinə müraciət etməsi və Fransa ilə müsbət əlaqələr qurmağa çağırması oldu. O, bir neçə dəfə Afrikanın gələcəyinin gənclərin əlində olduğunu vurğuladı və bir sıra görüşlərdə yerli gənclərlə dialoq qurmağa çalışdı. Lakin bu səylər Fransanın keçmiş müstəmləkəçi siyasətindən irəli gələn dərin tarixi ədalətsizliklərə dair yetərli hesabatlılıq və ya üzrxahlıqla müşayiət olunmadığı üçün çox vaxt etibarlı hesab edilmədi. Gənc nəsil keçmişin yükünü daşıyan bir ölkənin gələcəkdə etibarlı tərəfdaş ola biləcəyinə şübhə ilə yanaşır”.

O.Mirzəyev bildirdi ki, Fransanın Afrikada itirdiyi nüfuz Makron hökumətinin yanlış və ziddiyyətli xarici siyasətinin bariz nümunəsidir. Afrika qitəsindəki uğursuzluqlar Fransanın beynəlxalq miqyasda təsirinin tənəzzülə uğradığını açıq şəkildə nümayiş etdirir. Bu proses həm Fransanın beynəlxalq rolu, həm də Makronun idarəetmə üslubu barədə daha ciddi suallar doğurur.

Politoloq qeyd etdi ki, “Beşinci respublika”nın Ermənistan–Azərbaycan münasibətlərinə yanaşması Makron rejiminin beynəlxalq hüququn əsas prinsiplərinə uyğun hərəkət etmədiyindən xəbər verir: “Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi 44 günlük müharibə zamanı neytral qalmalı olduğu halda, açıq şəkildə Ermənistanın tərəfini tutdu. Parisin bu yanaşması Fransanın gələcəkdə vasitəçi, yaxud, sadəcə danışıqlar prosesinin iştirakçısı olmaq niyyətinin üstündən xətt çəkdi. Makron rejiminin hazırkı destruktiv addımları Cənubi Qafqazda sülhün əldə edilməsinə mane olur. O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə qarşı çıxaraq, İrəvanın əsassız tələblərini müdafiə edir. Bu yanaşma regional sabitliyi və tərəflər arasında etimadı daha da zəiflədir. Halbuki, beynəlxalq hüquq prinsiplərinə əsaslanan obyektiv yanaşma sülh quruculuğunun yeganə təminatıdır”.

Həmsöhbətimiz Azərbaycanın fransız neomüstəmləkəçiliyi ilə bağlı yürütdüyü siyasətin, bu istiqamətdə beynəlxalq tədbirlərdə iştirak və evsahibliyi etməsinin ölkəmizin insan hüquq və azadlıqlarına bağlılığını nümayiş etdirdiyini vurğuladı. Qeyd etdi ki, rəsmi Bakı mövzunun aktuallığını qlobal gündəmə gətirərək, neomüstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsini dəstəkləyir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri