Icma.az
close
up
RU
Dostluğun ilkin təməli elm və mədəniyyətdir

Dostluğun ilkin təməli elm və mədəniyyətdir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sahə Azərbaycan–Özbəkistan qardaşlığının istinad nöqtəsinə çevrilib

Bu, danılmaz həqiqətdir ki, hər hansı geostrateji müttəfiqlik və ya əməkdaşlıq əlaqələri möhkəm mədəni və humanitar təməl olmadan inkişaf edə bilməz. Elm və təhsil bütün dövrlərdə və cəmiyyətlərdə tərəqqinin bayraqdarı olub. Azərbaycan özünün milli dövlət quruculuğu strategiyasında bu sahəyə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşır. Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin yeni texnologiya dövrünə məhz savadlı və intellektli kadrların hazırlanması prizmasından baxmaları təsqdüfi sayılmamalıdır.

Yeri gəlmişkən, mayın 28–29-da Əndican şəhərində keçirilən “Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu məhz bu missiyaya xidmət edirdi. Nəticədə iki ölkənin universitetləri arasında əməkdaşlığa dair 60-dan çox müqavilə imzalanıb. Ümumiyyətlə, Azərbaycan–Özbəkistan ikitərəfli münasibətlərin perspektivi özünün miqyası və dərinliyi ilə diqqəti cəlb edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni məzmun qazandığının təsdiqi kimi qiymətləndirilə bilər. Bu xüsusda “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə ikitərəfli münasibətlərin daha geniş miqyas aldığı şəksizdir. Amma Azərbaycanla Özbəkistan arasında münasibətlərin elə bir treki var ki, onu ayrıca qeyd etmək lazımdır. Bu, elm və təhsil mübadiləsi ilə bağlı birgə layihələrdir. Bunun bariz nümunəsi işğaldan azad edilmiş Qarabağda yaradılıb.

Qarabağın bərpasına göstərdiyi köməyə görə Şavkat Mirziyoyevə xüsusi minnətdarlığını bildirən Prezident İlham Əiyev Özbəkistanın bu sahədə ilkə imza atdığını xüsusi olaraq vurğuladı: “Öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Özbəkistan Prezidenti dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.

***

Bəli, Qarabağ əcdadlarımızın əzəli yurd yeri olmaqla yanaşı, bu gün həm də Türk dünyasının qürur məskəninə, döyünən qəlbinə çevrilib. İndi Türk Dövlətləri Təkilatının üzvü olan qardaş ölkələr məhz Qarabağda milli rəmzləri olacaq bir elm, təhsil ocağı inşa etməyi özlərinə şərəf bilirlər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakı səfərinin yekunlarına dair mətbuata bəyanatında bununla bağlı dedikləri çox önəmli idi: “İndicə Qarabağ haqqında söhbət açıldı. Füzulidə məktəb tikməyə başlayanda Azərbaycan layihələrinə layiq olmalı idik. Biz istəyirdik ki, bu, uşaqlar üçün ən gözəl yer olsun. Fikrimcə, buna nail olduq, çünki açılış zamanı uşaqların gözlərindəki sevinci gördüm və bu, bizim birlikdə nail olduğumuz ən böyük işdir”.

Bu gün məktəbin açılışına sevinən həmin azyaşlıların arasından Türk dünyasının birliyinə və tərəqqisinə xidmət edəcək alimlərin, siyasətçilərin, sərkərdələrin yetişəcəyinə heç kəs şübhə etməsin. Məhz onlar böyük Turanın yoluna işıq salacaq mili aydınlarımızın sırasında yer alacaqlar.

Bakıda qardaş özbək xalqının zəngin tarixini, memarlığını və mədəniyyətini özündə əks etdirən unikal məkan yaradılır. Lyihəsi Özbəkistanın xəritəsi şəklində hazırlanmış “Özbəkistan” parkı Azərbaycan paytaxtının türk qardaşlığının möhtəşəm mədəniyyət mərkəzinə çevriləcəyi gün uzaqda deyil.

Görünən odur ki, Azərbaycan və Özbəkistan arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşməkdədir. Monolitliyi ilə seçilən ikitərəfli münasibətlərin gələcək inkişafının möhkəm təməli, ilk növbədə, elm və mədəniyyətdir. Tam əminliklə deyə bilərik ki, eyni soy-kökə və qədim tarixə söykənən Azərbaycan–Özbəkistan dostluq əlaqələri çağdaş dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bugünədək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə əməkdaşlıq üçün möhkəm hüquqi baza rolunu oynayır. Azərbaycanın Özbəkistan, eləcə də Mərkəzi Asiyanın digər ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütövlükdə Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı etimada söykənən, əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra yalnız yüksələn xətlə inkişaf edəcək.

Tofiq ABBASOV,
siyasi icmalçı

– Dünyada baş verən dərin prosesləri köhnə nizamın təsirini itirməsi, yeni düzənin formalaşması ilə bağlayanlar var. Əslində, bunların hamısı, haradasa, gəlişi gözəl ibarələrdir. Sözün həqiqi mənasında, dünyada ən böyük dəyişiklikər həmişə böyük müharibələrdən sonra baş verir. Amma burada daim diqqəti çəkən bir məsələ var. Az danışıb, daha çox iş görmək istəyənlər əsasən “yumşaq güc”ün təsirini genişləndirir, gücləndirir və ona istinad edirlər.

Qarabağ 30 ilə yaxın əsirlikdə qalmış bir torpağımız idi. Vaxtilə bütün dünyaya car çəkdik ki, işğalçı ölkəni qınasınlar, ərazimizi tərk etsinlər. Eşitmədilər, olmadı. Məqamı gəldi və öz gücümüzlə yadellilərin murdar ayaqlarını Qarabağdan yığışdırdıq. İndi Qarabağımız özünün yeni intibah dövrünü yaşayır. Əlbəttə ki, burada Türk birliyinin, Türk Dövlətləri Təkilatının böyük iştirakı və payı var. Sual oluna bilər ki, onlar Qarabağda niyə təhsil və elmə, intellektual inkişafa yönəlik mədəni layihələrə üstünlük verirlər? Çünki gələcək insan kapitalının uğurla reallaşması ilə birbaşa bağlıdır. Hamımız görürük ki, intellekt məhsulları, texnoloji yeniliklər baxımından Avropa, Yaponiya, Cənubi Koreya, Sinqapur ön sıralarda yer alırlar. Maraqlıdır ki, məhz texnoloji mübadilə məsələsində heç bir ölkə tələskənliyə yol vermir. Əgər hansısa ölkə özünün “Nou-hau”sunu kiməsə həvalə edirsə, yaxud bölüşürsə, bu o deməkdir ki, onların ya buna böyük ehtiyacı var, ya da aralarından elə bir strateji tərəfdaşlıq mövcuddur ki, yox deyə bilmirlər.

Bu gün Azərbaycan üçün ən vacib məsələ texnoloji suvereniteti qazanmaqdır. Həm milli, həm ümumtürk, həm də İslam dümyası səviyyəsində. Qarabağda türk məktəblərinin, insan potensialının reallaşmasına yönəlik layihələr böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşdə Qarabağda məktəb inşa etmələrini böyük qənimət sayması təsadüfi deyil. Türk-İslam elminin öncüllərindən biri – Mirzə Uluqbəyin adını daşıyan o məktəb bir rəmzə çevrilib. Dahi Teymurun nəvəsi olan mütəfəkkir ilk dəfə planetlərin təqvimini çap elətdirib. Bəli, hər şeyin önündə elm və təhsil gəlir. Türk dövlətləri bir-birinə söykənərək yeni uğurlara imza atacaq, öz dəst-xəttimizi dünya çapında təsdiqləyəcəyik.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri