Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Dostluq, əməkdaşlıq, qarşılıqlı hörmətə əsaslanan münasibətlər beynəlxalq tədbirlərin əsas çağırışlarıdır

Dostluq, əməkdaşlıq, qarşılıqlı hörmətə əsaslanan münasibətlər beynəlxalq tədbirlərin əsas çağırışlarıdır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin son günlərdə iştirak etdiyi, həmçinin Azərbaycanın ev sahibliyi edərək dünyanın diqqətini ölkəmizə yönəltdiyi tədbirlərin xronologiyasına diqqət yetirsək dünya birliyində söz sahibliyimizi, yeri və rolumuzu daha aydın görmək olar. Azərbaycan ədalətə və beynəlxalq hüquqa, qarşılıqlı etimad mühitinin qorunmasına əsaslanan siyasəti ilə həm ənənəvi tərəfdaşları ilə münasibətlərini uğurla inkişaf etdirir, həm də yeni dostlar qazanır. Dövlət başçısı İlham Əliyev oktyabrın əvvəlində Danimarkada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etdi. Oktyabrın 6-7 tarixlərində Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşünə ev sahibliyi etdi. Oktyabrın 9-da Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər etdi. Hər bir tədbir əməkdaşlığa, sülhə, birgə səylərin göstərilməsinə çağırışları özündə ehtiva edir. Bu tədbirlər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin keçirdiyi görüşlər, qəbul olunan qərarlar həm ayrı-ayrılıqda ölkələr arasında, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev hər bir beynəlxalq tədbirdə öncə onun keçirildiyi ölkə ilə Azərbaycanın münasibıtlərinin hazırkı inkişaf səviyyəsinə diqqəti yönəldərək perspektivləri açıqlayır. Bu baxımdan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı da diqqətdə oldu. “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətlərə xüsusi önəm verir: “Hər bir səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verir. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Tacikistan Prezidentlərinin keçirilən təkbətək görüşündə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında bu günədək imzalanan çoxsaylı sənədlər münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafı üçün hüquqi bazadır. 2007-ci ildə imzalanan “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafında yol xəritəsidir. Dövlət başçısı İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Tacikistana səfəri bir daha iki ölkənin münasibətlərinin dünəninin, bu gününün və perspektivlərin aydın mənzərəsini təqdim etdi. Reallıq budur ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur”.

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi: “Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonu da quruculuq dövrünü yaşayır. Laçın şəhəri artıq sakinlərinə qovuşub, yeni həyat başlayıb. Bu il Laçın şəhərinin həyatında əlamətdar günlərlə yadda qalacaq. 28 May-Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Həmçinin bu tarixdə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Zirvə görüşü keçirildi. MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarı ilə Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin, həmrəyliyinin göstərici kimi qiymətləndirildi”.
Millət vəkili Prezident İlham Əliyevin sözügedən çıxışında diqqət göstərdiyi məsələlərdən biri olan III MDB Oyunlarından bəhs edib: “Bu, MDB-nin həyatında daha bir mühüm hadisə oldu. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə 13 ölkədən 1600-dən çox idmançı qəbul edildi. Bu idmançılar həm MDB üzvləri olan, həm də qonaq ölkələri təmsil edirdi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:18
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see431

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see197

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see174

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see156

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see150

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see138

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see133

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see133

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see126

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see122

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri