Icma.az
close
up
RU
Dostluq, həmrəylik bayramı

Dostluq, həmrəylik bayramı

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olan Novruz bayramı ərəfəsindəyik. Od, Su, Yel, çərşənbələrini yola salan xalqımız sonuncu, Novruzun müjdəçisi olan Torpaq çərşənbəsini qeyd edəcək. Ulu Öndər Heydər Əliyev Novruz bayramını belə xarakterizə etmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Artıq beş ildir ki, bütün ərazilərimizdə Novruz tonqallarının alovlanmasının qürurunu yaşayırıq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra 2021-ci il martın 20-də Şuşadan xalqımıza Novruz təbrikində söylədiyi «Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir» fikirləri ilə bu bayramın xalqımızın milli birliyinin və həmrəyliyinin təcəssümü olduğunu bir daha diqqətə çatdırdı.
Bu məqam da qeyd edildi ki, işğal altında qalsa da Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi: «Biz də gəlməli idik və gəlmişik… Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı».
Təkcə Şuşada deyil, işğaldan azad edilmiş bütün torpaqlarımızda, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Novruz tonqalları alovlanır. Bu qüruru, sevinci xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza hər zaman minnətdarıq. «Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox» söyləyən Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin beşiyi olan Şuşanın dirçəldilməsi naminə gördüyü işlər bütün ərazilərdə uğurla davam etdirilir. Artıq sakinlərinə qovuşan ünvanların sayı artır. Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinin sırasına tezliklə Xankəndi, Ağdam və digər şəhərlərimizin də daxil olacağı nəzərdə tutulur. Bundan sonra elimizdə-obamızda alovlanan bayram tonqalları daha gur yanacaq. Azərbaycan xalqı əsrlərdən bəri ulularımızdan ərməğan qalan torpağa bağlılıq duyğularını bayram tonqallarının ətrafındakı şənlikləri, həmrəylikləri, işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat verməklə bildirəcəklər.
Xalqımızın illərdən qoruyub yaşatdığı ən ülvi keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun beynəlxalq səviyyədə tanınması təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri