Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

DOSTLUQDAN TURANA UZANAN YOL

DOSTLUQDAN TURANA UZANAN YOL

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Ürəklə  ‘’Abi’’ deyə müraciət etdiyim İlqat Türkoğlunun ‘’DOSTLARI QOYMUŞAM GÖZÜMÜN ÜSTƏ’’   adlı şeirlər kitabını oxuduqca bir daha  əmin oldum ki, şeir yalnız söz sənəti deyil,həm də insanın həyat amalının ,inancının və mənəvi dünyasının ifadəsidir. Müəllif peşəcə hüquqşünas olsa da ,  vətən sevgisi,türk dünyasına bağlılığı və Turan məfkurəsinə sədaqəti onu şair edən əsas səbəblərdəndir. İlqar Türköğluyla uzun illərdir yol yoldaşı olmuşam.

Müxtəlif türkdilli  dövlətlərdə -   (Qazaxstan,Qırğızıstan,Özbəkistan, Türkiyənin müxtəlif bölgələri) keçirilən Uluslararası şeir və musiqi festivallarında uzun yolçuluğumuz olub.  Bu səbəbdən kitabda yer alan bir çox şeirlərin yaranma mühitini və ruhunu yaxından hiss edə bilirəm. Kitabda yüzdən artıq şeir toplanıb. Bu şeirlərin böyük bir hissəsi  dostluğa həsr olunub. Burada Azərbaycanın, Türkiyənin,Qazaxstanın,Tatarstanın, və bütövlükdə türk dünyasının müxtəlif guşələrində yaşayan dostlara  ünvanlanmış poetik nümunələr yer alır.

Müəllif dostluğu sadəcə  şəxsi münasibət kimi deyil, ortaq amal uğrunda çiyin-çiyinə mübarizə aparan insanların mənəvi birliyi kimi təqdim edir. Kitabda yer alan şeirlərdə dostluq,vəfa,vətənpərvərlik və türk dünyasının görkəmli şəxsiyyətlərinə  ehtiram əsas ideya xəttini təşkil edir.  Atatürk,Əlişir Nəvai,Abay Kunanbayev,Polad Həşimov və digər tarixi-mədəni şəxsiyyətlərə həsr olunmuş şeirlərdə müəllif onların mənəvi böyüklüyünü pafosa varmadan ,səmimi hisslər və sadə poetik ifadələrlə təqdim edir. Bu sadəlik isə əsərlərin bədii dəyərini azaltmır,əksinə şeirlərin təsir gücünü artıraraq oxucunun qəlbinə daha asan yol tapmasına imkan yaradır.Hər  bir şeirdə müəllifin duyğularının təbiiliyi,mənəvi saflığı və oxucuya qarşı  səmimi münasibəti aydın şəkildə hiss olunur. Düşünürəm ki,nümunələr göstərməyin zamanıdır.

Qazax xalqının mütəfəkkiri Abay Kunanbayevin   180 illiyinə  həsr edilmiş şeirdən misralar

Ana çıraq günəşdən torpağa nur yağırdı,
Odlu nəşə içində gülürdü miskin həyat.
İbrahim idi adı,anan Abay çağırdı,
Yüksəldi günəş kimi qazax elində bu ad. 
Keçmişini yaşadar ulus qan yaddaşında,
Sən bu qan yaddaşına təzədən verdin qanad.
Yolunu səhv salanda,həddini çox aşanda.
Xalqı əzib,talayan bəylərə tutdun divan.
Düzən ba.qa düzəndi,zaman başqa zamandı,
İnsanlıq duyğusunda ‘’Maqsud’’ a verdin önəm.
‘’Əqliyyə’’ dən başlayan gəncliyə yol uzandı,
Dedin,arıca dünya,dedin arıca dinəm. 
               --
(Mustafa Kamal  Atatürkə həsr edilmiş şeirdən misralar)
Atatürküm.

‘’Nə mutludur ,türkəm deyən’’,
Mətin,sınmaz,bərkəm deyən.
Yağılara görkəm deyən,
Canımızsan Atatürküm!
Hardan gəlib,hara düşdük ?!
Çox soyuğa,qara düşdük.
Xilas etdin,dara düşdük,
Canımızsan Atatürküm.
Fatehlərin Turan yurdu,
Məskən salıb Ocaq qurdu.
Orduların atlar yordu,
Şanımızsan Atatürküm!
Dünya dərddi-sərdi bu gün,
Şər üstədi,şərdi bu gün.
Ulu Türkün mərdi bu gün,
Qanımızsan Atatürküm!
Millət üçün əta oldun,
Düşməninə xəta oldun.
Qorqud kimi Ata oldun,
Adımızsan Atatürküm!

                    ---
Kitabın əsas ideya xətti TURANDIR. İlqar Türkoğlu bu yolda yorulmadan addımlayan bir yolçu təsiri bağışlayır. Onun misralarında türk xalqlarının birliyi arzusu ,ortaq tarixə və gələcəyə inam açıq şəkildə hiss olunur. Xüsusi ilə Güney Azərbaycanın taleyi ilə bağlı yazılan şeirlərdə müəllifin nikbinliyi  diqqəti cəlb edir. Bu nikbinlik oxucuya da sirayət edir və insanı inanmağa vadar edir ki,milli birliyin və mənəvi bütövlüyün yolu nə qədər çətin olsa da ,o yol mütləq davam edəcək. 

Heydərbaba ,yollarına çən düşüb,
Bir ürəyim iki yerə tən düşüb.
Saçlarıma bir gecədə dən düşüb,
Qoy çalınsın vüsalımın nəğməsi,
Gözlə məni,gələsiyəm-gələsi.
Bu ayrılıq iki əsrin yaşıdı,
O tay,bu tay bu ağrını yaşadı.
Nakam Araz gözlərimin yaşıdı,
Damcı-damcı əriyibdi giləsi,
Səni görsəm siləsiyəm-siləsi.
Heydərbaba,kədərinə qovuşdum,
Bir tarixin dərd-sərinə qovuşdum,
Arazboyu çox dərinə qovuşdum,
Öyünməsin çox da, düşmən tələsi....
O tay,bu tay güləsiyəm-güləsi.!!!
                              --- 
Qazaxstanın milli qəhramanı  ‘’Muxali Bahadırın 855’’şeirindən misralar

Mən bu şeri sənə görə başladım,
At üstündə bozqırlarda qışladım.
Gün oldu ki,özümü də dışladım,
Gözüm canbir qardaş gəzdi,Muxali,
Sən fatehim-Çingiz xanın sağ əli!!  
İnsanlığın xiridarı əzilməz,
Ata yurdun havadarı -yenilməz,
Çingiz xanın bahadırı-yenilməz,
Ölkə-ölkə düşmən əzdi Muxali-
Sən fatehim-Çingiz xanın sağ əli!
Qanlar axdı,su yerinə calandı,
Oğlun-qızın alovlara qalandı.
Turan elim qarış-qarış talandı.
Unutqanlıq bizi üzdü,Muxali-
Sən fatehim Çingiz xanın sağ əli!
Heç bilmirəm,şikayətdi,yoxsa dərs,
Zəmanəmi tərs gətirdi,işmi tərs?!
Keçmişimdən sabahıma ərzdi-ərz!
Türkoğlu da belə sezdi,Muxali-
Sən fatehim=Çingiz xanın sağ əli!!  
                   ----
General mayor Polad Həşimova həsr olunmuş ‘’Polad Əyilməz’’ şeirindən misralar.

Türkün əzəməti qılıncdan iti,
Özün də,sözün də insanlıq idi
Zəmanəmi gidi,dünyamı gidi?!
Apar bizi ötən çağlara ,Polad.
Yalçın qayalara Paşam təng oldu,
Savaş zirvəsində qutsal cəng oldu.
Axıdıb qanını ,aldan rəng oldu,
Güllü-gülüstana,bağlara Polad..  
                               ---
Bu misralar isə Türk dünyasının dahi filosofu və şairi Əlişir   Nəvai   haqqındadır. 

Hikmət dəryasından açanda bəndi,
Dünyaya nə qədər nur səpələndi.
Bugün elə bu günŞdünən dünəndi,
Sabahdı Nəvai,Nuhdu Nəvai.
Arzular-diləklər büsata çatar,
Dür atın belindəQır ata çatar.
Bir şair xəyalı Herata çatar,
‘’Çahar divanı’’ nda ruhdu Nəvai.
Bir uzun yol gedirağır baratdı,
Bir ürək Gəncədi,bir qəlb Heratdı.
Ana dilimdə ilk ‘’Xəmsə’’ yaratdın,
Səndən sonra yazan yoxdu Nəvai.  
Bahar gecikəndə qışdan inci sən,
Könüllər yaz tutar közərincə sən.
Ulduztək incisən,Aytək incisən,
Ulusun gözləri toxdu Nəvai.

İlqar Türkoğlunun poeziyası ilk növbədə dilinin sadəliyi və səmimiliyilə  diqqəti cəlb edir. Şair fikirlərini  mürəkkəb bədii konstuksiyalar ,ağır təşbehlər və süni poetik bəzəklər üzərində deyil,təbii və axıcı ifadə tərzi ilə oxucuya çatdırır.Onun poetik dili aydın,anlaşıqlı və ürəyəyatımlıdır. Elə buna görə də şeirlər oxucu ilə səmimi  bir ünsiyyət yaradır,müəllifin daxili duyğuları və mənəvi aləmi təbii şəkildə hiss olunur. Kitabın sonunda müəllifi yubileyi münasibəti ilə  dostlarının  ürək sözləri də yer alıb. Bu yazılar səmimiyyətiylə seçilir və İlqar Türkoğlunun dostları arasında qazandığı  hörmət və sevgini aydın şəkildə göstərir. Həmin fikirlər müəllif şəxsiyyətini daha yaxından tanımağa imkan verir. 

Mənim fikrimcə ‘’DOSTLARI QOYMUŞAM GÖZÜMÜN ÜSTƏ’’    yalnız şeirlər toplusu deyil, Bu kitab dostluğun,vətən sevgisinin,türk birliyi idealının və Turan yolçuluğunun poetik salnaməsidir. Bu yolla gedən insanlar üçün o bir növ mənəvi dərslikdir. Kitabı oxuyan hər kəs burada özünə yaxın bir duyğu,bir amal və ruh verən bir söz tapacaqdır. Bir neşə kəlmə də ‘’ abi’’ deyə müraciət etdiyim insanın  şəxsikeyfiyyətlərindən bəhs etmək istərdim.  

Çünki bu misraların arxasında dayanan insanla uzun illərdir  kollektiv səfərlərimiz,uzun yolçuluğumız olub. Həmin səfərlərdə  insanlara münasibətinin necə səmimi və qayağıkeş olduğunun dəəfələrlə şahidi olmuşam. O, hər bir yol yoldaşına qardaş diqqəti və ehtiramı göstərməyi bacaran  insanlardandır. Elə məqamlar olub ki,başqalaraının əhəmiyyət verməyəcəyi xırda bir məsələni belə diqqətdən qaçırmayıb. Hər kəsin rahatlığıı,gediş-gəlişi,səhhəti ,əhvalı ilə ayrıca maraqlanıb. Bu qayğıkeşlik onun xarakterinin ayrılmaz hissəsidir. İlqar bəyin  ən seçilən cəhətlərindən biri də səbrliliyidir. Həyatda elə hallar olur ki,insan haqsız münasibətlə qarşılaşır,ünvanına nahaq sözlər deyilir.Mən onun belə məqamlarda özünü necə təmkinlə apardığını dəfələrlə şahidi olmuşam. O,emosiyalara qapılmadan ,böyüklüyünü və şəxsiyyətini qorumağı bacaran insanlardandır. Məhz buna görə də ətrafındakı insanlar ona təkcə şair və ictimai xadim kimi deyil,həm də ağsaqqal,yol göstərən  insan kimi hörmət bəsləyirlər. Düşünürəm ki,  ‘’DOSTLARI QOYMUŞAM GÖZÜMÜN ÜSTƏ’’    kitabındakı dostluq,vəfa,sədaqət və qardaşlıq duyğularının səmimiliyi də məhz müəllifin öz həyatından ,xarakterindən və insanlara münasibətindən qaynaqlanır. İlqar Türkoğlu  şeirlərində yazdıqlarını həyatında yaşayan insanlardandır.

PS Kitabın elə ilk şeiri də’’ GÖZÜMÜN ÜSTƏ’’  ilə başlayır. Dostların toplaşdığı təqdimat mərasimində son söz yerinə elə bu şeiri müəllifin öz ifasında dinləyərkən yerimdən qalxıb icazə almadan  son bəndi sevə-sevə səsləndirdim. Sizlərə bu sevgi dolu,sayğı dolu şeirin tam mətnini  təqdim etməyi məqsədə uyğun hesab etdim.   Buyurun. 
GÖZÜMÜN ÜSTƏ
Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın.
Nəyimə gərəkdir qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə.
Tən olsun  cavana-qocaya dostu,
Tanrı qaldırıbdı ucaya dostu.
Bölmədim  a dostlar ,hecaya ,’’dost’’ u 
Dost kimi durmuşam sözümün üstə!
Haqqın işığına çəni qatmayın,
‘’Vergülü ‘’qatmayın, ‘’və’’ ni qatmayın.
Heç vaxt əyri işə məni qatmayın,
Hazıram ölməyə ‘’düz’’ ümün üstı!
Əzəldən könlümün gözləri toxdu,
Quruca daxmamım əyarı çoxdu.
Görsəniz yalandı,heç biri yoxdu,
Söyləyin günahı üzümün üstə!
Seçib zərrə-zərrə Yadan belə,
Ağı ağdan belə,qaradan belə.
Damcı da ,su keçməz aradan belə.
Bir Ocaq yandıran közümün üstə!                                         
Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın.
Nəyimə gərəkdir qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!!

Jalə Cəfərova, 
Yazıçı-publisist. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 İyun 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri