Icma.az
close
up
RU
Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan–Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qorunan qarşılıqlı hörmət təşkil edir. Bu gün Azərbaycan–Özbəkistan əlaqələrinin sürətli inkişafında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi, qarşılıqlı etimadı mühüm rol oynayır. Liderlər arasında formalaşan səmimi münasibətlər Azərbaycan–Özbəkistan qardaşlığını yeni inkişaf mərhələsinə yüksəldib.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi olan UzA-ya müsahibəsində də vurğuladığı kimi Azərbaycan və Özbəkistan arasında siyasi dialoq yüksək səviyyədədir. Son illərdə keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar münasibətlərin inkişafına ciddi impuls verib. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsini qeyd etməklə yanaşı iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə də toxundu, qarşıda duran əsas istiqamətləri diqqətə çatdırdı.

Prezident İlham Əliyev müsahibəsində Şavkat Mirziyoyevlə münasibətlərinin Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynadığını və iki lider arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın dövlətlərarası əlaqələrin yüksək səviyyəyə yüksəlməsinə mühüm təsir göstərdiyini qeyd etdi. Bunun nəticəsi olaraq ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir. Son beş ildə ən yüksək səviyyədə keçirilən 15 qarşılıqlı səfər Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik inkişafının mühüm göstəricilərindəndir.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasətin nəticəsi olaraq Özbəkistanın son illərdə bütün sahələrdə sürətli inkişaf etdiyini bildirdi. 

Prezident İlham Əliyev əlaqələrin xronikasına toxunaraq söylədi ki, qarşılıqlı dövlət səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan–Özbəkistan münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb. Dövlətimizin başçısı 2023-cü ilin avqustunda təsis edilən Ali Dövlətlərarası Şuranın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm platformaya çevrildiyini, bunun da Azərbaycan–Özbəkistan əməkdaşlığının iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət kimi geniş sahələri əhatə etdiyini bildirdi. Ölkələrimiz arasında iqtisadi əlaqələrdən danışan Prezident İlham Əliyev ticarət dövriyyəsinin son illərdə sürətlə artdığını və 2025-ci ildə Azərbaycan–Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatığını, 2026-cı ilin ilk beş ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artım qeydə alındığını diqqətə çatdırdı. 
Prezident Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin, Hökumətlərarası Komissiyanın fəaliyyətini, energetika, yaşıl enerji, sənaye və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsini xüsusi qeyd etdi. Sirr deyil ki, Füzulidə salınan “Dostluq bağı”, avtomobil istehsalı layihələri və qarşılıqlı investisiyalar Azərbaycan–Özbəkistan müttəfiqliyinin mühüm iqtisadi dayaqlarını formalaşdırır.

Deputat sonda söyləyib ki, şübhəsiz Türk dünyasının və qlobal arenanın liderlərindən olan Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan Mərkəzi Asiya və dünya ölkələri ilə dostluqdan müttəfiqliyə uzanan şərəfli yol keçib. Azərbaycanın yüksələn müttəfiqlik xətti xarici siyasətimizin yeni mərhələsini və beynəlxalq əlaqələrdə artan nüfuzumuzu əks etdirir. Prezidentin müsahibəsində bu həqiqət bir daha aydın şəkildə göründü.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri