Icma.az
close
up
RU
Dostluqdan tərəfdaşlığa ŞƏRH

Dostluqdan tərəfdaşlığa ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında münasibətlər təkcə rəsmi sənədlər və siyasi əlaqələrlə məhdudlaşmır, eyni zamanda iki xalqın tarixən formalaşmış dostluq və qonşuluq münasibətlərinə əsaslanır. Bu əlaqələr illər keçdikcə daha da möhkəmlənmiş və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, regionda sülh və sabitliyin qorunması üçün birgə fəaliyyət göstərir.

Siyasi münasibətlər yüksək səviyyədədir və qarşılıqlı səfərlər bu əlaqələrin inkişafında mühüm rol oynayır. Bu baxımdan İlham Əliyev-in Gürcüstana etdiyi səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər zamanı verilən mesajlar daha çox səmimiyyətə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa əsaslanır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan yalnız tərəfdaş deyil, həm də bir-birinə güvənən dost ölkələrdir.

İmzalanan birgə bəyanatlar da bu səmimi münasibətlərin rəsmi ifadəsi kimi çıxış edir. Xüsusilə aşağıdakı sənədlər diqqət çəkir:

“Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyanat”

“Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyanat”

“Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına dair Birgə Bəyanat”

Bu bəyanatlarda təkcə rəsmi əməkdaşlıq deyil, həm də xalqlar arasında qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərin qorunması vurğulanır. Sənədlərdə qeyd olunur ki, iki ölkə bir-birinin uğuruna sevinən, çətin anlarda isə bir-birinə dəstək olan tərəfdaşlardır.İqtisadi sahədə əməkdaşlıq da bu səmimiyyət üzərində qurulmuşdur. Azərbaycan Gürcüstanın əsas enerji tərəfdaşlarından biri kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr yalnız iqtisadi deyil, həm də dostluğun real nəticəsi kimi qiymətləndirilir. Bu layihələr iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir.Ticarət və turizm sahələrində də əlaqələr ildən-ilə genişlənir. İnsanlar sərbəst şəkildə bir-birinin ölkəsinə səfər edir, mədəniyyətləri yaxından tanıyır və bu da münasibətlərin daha da istiləşməsinə səbəb olur. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu dostluğun canlı nümunəsidir.

Təhsil sahəsində də münasibətlər yalnız rəsmi çərçivədə deyil, səmimi əməkdaşlıq ruhunda inkişaf edir. Universitetlər arasında əlaqələr qurulur, tələbə və müəllim mübadiləsi həyata keçirilir. Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin ana dilində təhsil alması üçün yaradılan şərait və Azərbaycanda gürcü dilinin öyrədilməsi xalqlar arasında qarşılıqlı hörmətin göstəricisidir. Bu sahədə həyata keçirilən layihələr gələcək nəsillərin daha yaxın və anlayışlı olmasına xidmət edir. Beləki, nəticə olaraq, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız rəsmi tərəfdaşlıq deyil, həm də səmimi dostluq üzərində qurulmuşdur. Bu münasibətlər qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanır və gələcəkdə daha da möhkəmlənərək davam edəcəkdir

Gülnar Əlizadə

YAP Şahbuz rayon Təhsil Şöbəsinin Ərazi partiya əşkilatının sədri,Şahbuz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri