Icma.az
close
up
RU
“Dostumuz, müttəfiqimiz” ivrit dilində təqdim olundu Fotolar

“Dostumuz, müttəfiqimiz” ivrit dilində təqdim olundu Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin ivrit dilinə tərcümə olunmuş “Dostumuz, müttəfiqimiz” kitabının təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrindən bəhs edən kitab Bakıda Dağ Yəhudiləri İcmasının Sinaqoqunda təqdim olunub.

Sabiq millət vəkili Çingiz Qənizadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan və yəhudi xalqları arasında illərdir davam edən dostluq əlaqələrindən bəhs edib. Bildirib ki, bu kitabın ərsəyə gəlməsində, dostluq əlaqələrinin daha da dərinləşməsində müəllifin də əməyi var. Tədbirdə qeyd olunub ki, “Dostumuz, müttəfiqimiz” Azәrbaycan və yəhudi xalqı arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan dostluq vә qardaşlıq, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətindən söhbət açır. Kitabın tərcüməçisi, BDU-nun müəllimi Gülər Qasımova və elmi redaktoru Moisey Bekker çıxış edərək özündə bir çox tarixi faktları əks etdirən bu kitabın iki ölkə arasında əlaqələri öyrənmək baxımından maraqlı mənbə olduğu diqqətə çatdırıblar. 

Milli Məclisin yəhudi deputatı Anatoli Rafaelov çıxışında bu gün iki ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini, əlaqələrimizin yüksələn xətlə davam edəcəyini vurğulayıb. O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu 90-cı illərdə itirdiyi torpaqları geri qaytarıb. 44 günlük Vətən müharibəsində İsrail həmişə Azərbaycanın yanında olub. 

Digər natiq, millət vəkili Ceyhun Məmmədov isə qeyd edib ki, əlimizdə olan ən böyük sərvətlərdən biri xalqlar arasında olan mehribanlıqdır: “Bir yəhudi Azərbaycan uğrunda şəhid olur. Bu hər yerdə rast gəlinəcək fakt deyil. Qarşımızda duran əsas vəzifə bu missiyanın qorunması və gələcək nəsillərə çatdırılmasıdır. 

Bu gün Azərbaycana səfər edən dünya dini mərkəzlərinin rəhbərləri də ölkəmizdəki bu mühiti müsbət qiymətləndirir. Bu kitabın ərsəyə gəlməsi çox böyük nailiyyətdir və bizim ümumi işimizə töhfə verəcək. Bakının mərkəzində bu sinaqoq Azərbaycan dövləti tərəfindən inşa olunub. Bu onu göstərir ki, biz heç kimi özümüzdən ayırmırıq. Bu əsl qardaşlıqdır və hesab edirəm ki, daim davam etdirilməlidir”.
Digər çıxışçılar da Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb, ölkəmizdə bütün dini icmalara xüsusi qayğı göstərildiyini bildiriblər. 

Xalq artisti Gülyanaq Məmmədova da çıxış edərək iki xalq arasında tarixi yaxınlıqdan söz açıb: “Müharibə dönəmində yəhudi xalqı bizə dəstəyini əsirgəmədi, yanımızda oldu. Yəhudi xalqının igid oğlu Albert Aqarunov Azərbaycan torpaqlarında öz canını fəda edib. Mən İsrail və Azərbaycan dostluğuna həsr olunmuş “Dostluq” mahnısını ifa etmişəm. Mahnını Albert Aqarunovun doğum günündə ərsəyə gətirdik və təqdim etdik. Biz də öz sahəmizdə Azərbaycanımız, dövlətimiz üçün dostluqları nəğməmizdə tərənnüm edirik. Bu kitabın da müəllifinə daha böyük uğurlar arzu edirəm”.

Kitabla bağlı məlumat verən Vaqif Abdullayev də ivrit dilində təqdimatın məhz bu məkanda – insanın ruhunun dincəldiyi sinaqoqda olması təsadüfi deyil: “Bizim yəhudi qardaşlarımız 2700 ildən artıq Azərbaycan torpaqlarında məskunlaşıblar və qaynayıb qarışıblar. Ölkənin bütün istiqamətlərində, dövlətçiliyimizin bütün məqamlarında yəhudi xalqı canla-başla iştirak edib. Ulu öndərin Qırmızı Qəsəbəyə səfəri, onun xarici ölkələrə səfərlərində yəhudi icması rəhbərləri ilə görüşləri bizə bugünkü strategiyanı müəyyən edib”. 

Müəllif Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən birinin İsrail olduğunu diqqətə çatdırıb: “Bu iki ölkə ilə 1992-ci ilin aprelində diplomatik əlaqələr qurulsa da siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirib, humanizm prinsiplərinə söykənərək İsrail dövləti və xalqına dərin hörmət və ehtiramını nümayiş etdirib. 

Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verib, əlaqələrin strateji zirvəyə yüksəlməsinə təkan verən qətiyyətli siyasət yürüdüb və bu siyasət bu gün də davam edir”. 

V. Abdullayev vurğulayıb ki, “Dostumuz, müttəfiqimiz” kitabının gələcəkdə digər dillərə, o cümlədən türk dilinə tərcüməsi nəzərdə tutulub.

Sonda Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək kitabın Azərbaycan-İsrail əlaqələrinin daha da möhkəmlənməsində əvəzsiz rolundan danışıb: “Biz yəhudilər Azərbaycanda 25 əsrdən çox yaşamışıq və xoş günlərdə sevinmişik, pis günlərdə kədərlənmişik. Xalqlarımız arasında dostluq var idi, bunu qələmə alıb dünyaya çatdırmaq Vaqif müəllimin əməyidir. Bu gün iki xalqın dostluğundan belə möhtəşəm sarayda söhbət etmək böyük şərəfdir. Allah Azərbaycana o qədər xoş günlər qismət eləsin ki, biz Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də o xoş günlərdən bəhrələnək”.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri