Icma.az
close
up
RU
Dostumuz, rəfiqəmiz olsun, olmasın?

Dostumuz, rəfiqəmiz olsun, olmasın?

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Necə ki, kişilər arasında ən səmimi münasibətlərdən dostlar yaranır, eləcə də ən yaxşı qadın münasibətlərindən rəfiqələr yaranır. Əslində, necə deyərlər, insan halal süd əməndə və bunu həyatında təzahür edəndə dostluqlar və rəfiqəliklər çox gözəl münasibətlərdir. Kiminin qardaşı yoxdur, dostu ona qardaşdır. Kiminin bacısı yoxdur, rəfiqəsi ona bacı sayılır kimi.

Lakin insan bəzən həyatda elə mənzərələrlə qarşılaşır, dostu, rəfiqəsi tərəfindən elə zərbələr alır ki, bu zərbələr illərin yarasına çevrilir, qaysaqlamaq bilmir. Bu zaman düşünürük: dostumuz, rəfiqəmiz olsun, olmasın?

Yaxşı dost dostunu yaxşı, pis dost isə pis yola çəkdiyi kimi, rəfiqələr də belədir. Bəlkə elə buna görə deyirlər ki, qızın rəfiqəsi anası olmalıdır. Bunu qız övladı olan hər bir ana arzulayır. İstəyir ki, bəli, qızının rəfiqəsi özü olsun. Çünki insanları tanımaq olmur. Bəzən heç ağlına gətirmədiyin hadisələr başına gəlir. Azmı şahidi olmuşuq rəfiqəlikdə yaşanan hadisələrin...

Lakin etiraf edək ki, yaxşı dostluqlar kimi, yaxşı rəfiqəliklər də olur. Bəzən iki yaşlı rəfiqə ilə qarşılaşırsan. Həyatlarını bir-birinin yanında keçirən, sirləri-sözləri bir olan, bir tikə çörəyi yarı bölən, rəfiqələr. Onların övladları analarının rəfiqələrini öz anaları kimi hiss edirlər. Aralarında olan yaxınlıq, doğmalıq ailələrinin də yaxınlaşmasına, doğmalaşmasına gətirib çıxarır. Bəzən onların övladları da bu rəfiqəlikdən ilham alıb aralarında yeni dostluq və rəfiqəliklərə yelkən açır.

Belə bir aforizm var: dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır. Həqiqətən də, xarakter, həyat tərzi eyni olmayan insanların bir-biri ilə dostluğu və rəfiqəliyi uzun sürə bilməz. Eləcə də ağıl, dünyagörüş, həyata baxış kimi məsələlərdə də iki rəfiqə eyni deyilsə, ağıl az və ya çox, dünyagörüş fərli, həyata baxış ayrıdırsa, bu rəfiqələrin bir-biri ilə münasibəti uzun sürə bilməz. Çünki bu uyğunsuzluq bir yerdə münasibətləri qıracaq, yolları ayıracaq.

Niyə deyilir ki, qızın ən yaxın rəfiqəsi anasıdır və yaxud qızın anasından başqa rəfiqəsi olmamalıdır. Çünki yaşca bizdən böyüklər həyatın hər üzünü görüblər. Həm öz, həm də başqalarının taleyində yaxşı olmayan rəfiqələrin “izlərini” həmişə xatırlayırlar. Rəfiqəsinin paxıllığını çəkən, onun müvəffəqiyyətlərinə dözə bilməyən, həyatını mənimsəyən o qədər rəfiqələr olub ki... Odur ki, rəfiqə seçimində çox diqqətli olmalıdır gənc qızlarımız. Bu məsələdə ana nəsihətinə, məsləhətinə qulaq asmalıdırlar. Hər kəslə yaxın münasibətə başlamaq olmaz. Çünki bunun zərbəsini alanda artıq gec olur.

Demirik ki, qızın rəfiqəsi yalnız anası olsun, rəfiqəsi və rəfiqələri olsun. Yaxşı rəfiqə bacıdır, sirr-söz, məsləhət yeridir. Hər zaman yanında bir doğmanın olması, həyatı tək deyil, onunla birlikdə yürütməkdir. Əslində nəyi pisdir ki, bunun?. Lakin unutmayaq ki, yaxşı rəfiqələr belə ola bilər, yaxşı olmayanlar isə insanı elə bir həyata sürükləyər ki, həyatımız qaranlıqdan çıxa bilməz.

Rəfiqəmiz, dostumuz əgər yaxşıdırsa, olsun, əgər yaxşı deyilsə, bunu görməyi bacaraq və vaxt keçmədən həyatımızdan uzaqlaşdıraq ki, peşman olmayaq. Yaxşılarla davam edək: gənclikdən yaşlılığa doğru. Yaşlaşaq, lakin dostluğumuz hər zaman gənc qalsın...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri