Dövlət Agentliyi 2,2 milyon manata anbar xidmətləri satın alır
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Məşğulluq Agentliyi anbar xidmətlərinin satın alınmasına 2.2 milyon manat xərcləməyi planlaşdırır.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, qurum bununla bağlı satınalma elan edib.
Şərtlərə əsasən anbar Bakı şəhərin və Abşeron rayonunun inzibati ərazisində yerləşməlidir. Anbar sahəsi 14 min kvadrat metr və təmirli olmalı, o cümlədən rəflərlə (stellaj) təchiz edilməlidir. Eləcə də daşınmaz əmlakın icbari sığortası ilə sığortalı olmalıdır.
Anbar daxilində sifarişçinin nümayəndələri üçün minimum 15 m2 ofis sahəsinin verilməsi, çöl təbii təsirlərdən tam mühafizə olunmalıdır. Ehtiyat giriş-çıxış mövcud olmalıdır. Anbar sahəsində 7/24 video müşahidə sistemi mövcud olmalı, icra müddəti 18 ay ərzində nəzərdə tutulmalıdır.
Təkliflərin iyunun 16-na qədər təqdim edilməsi tələb edilir.


