Dövlət bağçalarında uşaq psixoloqu ştatı yaradılmalıdır Səbinə Əliyeva
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə büdcədən maliyyələşdirilən dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi vacibdir.
Ombudsman eyni zamanda bir sıra təkliflərlə də çıxış edib: “Aztəminatlı ailələrin və həssas qrupların uşaqlarına məktəblərdə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə dövlət hesabına verilməsi yaxşı olardı. Həmçinin körpələr evi, bağça-körpələr evi və uşaq evlərində qida normalarının müasir standartlara uyğunlaşdırılmalıdır. Bundan başqa, ixtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbə yaradılmalıdır”.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















