Dövlət bağçası niyə suyun içindədir? Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müşfiqabad qəsəbəsinin Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında kanalizasiya suyu otaqlara dolub.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Barometr TV”yə danışan valideynlər bildiriblər ki, nəticədə bağçada antisanitar vəziyyət yaranıb. Anaların sözlərinə görə, orada isti su da yoxdur.
Onlar, həmçinin iddia edib ki, dövlət bağçası olmasına baxmayaraq, qeydiyyat üçün ödəniş tələb olunub: “Bizə dedilər ki, 120 manat illik verilməlidir. İmkanım çatmadığı üçün 10 manat verdim, ona da razılaşmadılar. Bağça açılandan bəri övladım 4-5 dəfə gedib, onda da qarın ağrısından, qusmadan əziyyət çəkdi. Mən uşağımı bura qoymamışam ki, sətəlcəm olsun, gətirirəm ki, tərbiyə alsın”.
Bağçanın müdiri Həyat Dursunəliyeva məsələ ilə bağlı valideynə telefon danışığı zamanı bildirib ki, aidiyyəti qurumlar bağçaya baxış keçirib. O, daha sonra jurnalistə cavabında qeyd edib ki, qısa müddətdə müəssisəyə yaxınlaşacaq. Lakin müdir gəlməyib.
Problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, məsələ araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 06 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















