Dövlət başçılarının yaxşı münasibətləri əlaqələrə müsbət təsir göstərir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması hər iki tərəf üçün konkret üstünlüklər və qazancı vəd edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Xəqani Cəfərli deyib
Onun sözlərinə görə, bu, xüsusilə iki ölkə arasında ticarət münasibətləri ilə aydın görünür: "Azərbaycan öz məhsullarını Rusiya bazarlarına ixrac etməkdə maraqlıdır. Rusiya isə öz növbəsində postsovet məkanında mövqeyini qorumaq üçün Azərbaycan və Qazaxıstan kimi respublikalarla ticarətdə aktiv iştirak edir. Lakin Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü ilə münasibətlərin tamamilə qaydaya düşəcəyini gözləmək sadəlövlük olardı. İki ölkə arasında münasibətləri müəyyən faktorlar, dövlət başçılarından asılı olmayan proseslər müəyyən edir. Əlbətdə, dövlət başçıları arasında yaxşı münasibətlər ölkələr arasındakı əlaqələrə müsbət təsir göstərir, amma bu həlledici amil deyil. Ona görə də tələsmək lazım deyil.
Azərbaycanla Rusiya arasında münasibətlərin köklü şəkildə dəyişməsi üçün Moskvanın keçmiş sovet respublikalarına yönəlik siyasətində dəyişiklik olmalıdır. Eyni zamanda, Rusiyaya qarşı Qərbin sanksiyaları da Azərbaycanı Rusiya ilə məsafə saxlamağa vadar edir. Azərbaycan isə Rusiya ilə ticarətdə Qərbin sanksiyalarına məruz qalma riskini nəzərə ala bilməz. Bu səbəbdən iki ölkə arasında ticarətin perspektivindən danışmaq hələlik çətindir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















