Icma.az
close
up
RU
Bu səfər ikili münasibətlərə kifayət qədər müsbət təsir göstərir ŞƏRH EDİLDİ

Bu səfər ikili münasibətlərə kifayət qədər müsbət təsir göstərir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri ondan xəbər verir ki, BƏƏ artıq Azərbaycanla iqtisadi-ticarət sahədə əməkdaşlığı daha geniş mərhələyə keçirtmək istəyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində diqqətçəkən məqamlardan biri də o idi ki, Birləşmiş Ərəb Əmirlikləri Qarabağda bir kənd tikmək istəyir:

"Yəni bu o deməkdir ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə böyük maraq göstərir. Münasibətləri daha da inkişaf etdirmək üçün müəyyən mənada dəstək göstərməyə çalışır. Təbii ki, Azərbaycan özü bu torpaqlarda bərpa və yenidənqurma işlərini davam etdirir. Amma Birləşmiş Ərəb Əmirliklərinin bu addımı birbaşa dostluğa xidmət edən münasibətlərin kontekstini ortaya çıxarır. BƏƏ-nin Azərbaycanın bərpa olunan enerji sektoruna, "yaşıl enerji" layihələrinə və digər mühüm infrastruktur təşəbbüslərinə sərmayə yatırmaq istəyi, təkcə iqtisadi maraqlardan doğmur. Bu, həm də Əmirliklərin dayanıqlı inkişaf, ekoloji məsuliyyət və innovasiya əsaslı iqtisadi model yaratmaq istiqamətində Azərbaycanla ortaq strateji vizyonunun mövcudluğunu göstərir. Bu kontekstdə, BƏƏ-nin nəhəng enerji şirkətlərinin – məsələn, "Masdar"ın – Azərbaycandakı fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Əlavə olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə artması və birgə biznes forumların təşkili, qarşılıqlı maraqların getdikcə daha da genişləndiyini təsdiqləyir. Düşünürəm ki, təkcə iqtisadi yox, siyasi əlaqələr də mühüm əhəmiyyət daşıyır. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın cənab Prezident İlham Əliyevlə görüşü ikili münasibətlərə kifayət qədər müsbət təsir göstərir. Bütün bunların fonunda BƏƏ Prezidentinin Azərbaycana səfərini həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən məhsuldar hesab etmək olar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri