Icma.az
close
up
RU
Dövlət başçısı illər əvvəl onlara bunu demişdi... Fotolar

Dövlət başçısı illər əvvəl onlara bunu demişdi... Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və həmin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı böyük Zəfərin və postmüharibə dövründə həyata keçirilən quruculuq siyasətinin növbəti mühüm təqdimatı oldu.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin çıxışı təkcə Zəngilan sakinlərinə deyil, bütövlükdə Azərbaycan və beynəlxalq ictimaiyyətə ünvanlanmış çox ciddi siyasi mesajlarla zəngin idi.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın gələcəyini müəyyənləşdirib

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə xüsusi yer ayrılması tamamilə təbiidir:

“Çünki bu gün əldə olunan bütün uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. 1993-cü ildə Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. AXC-Müsavat hakimiyyətinin səriştəsiz fəaliyyəti nəticəsində ölkədə dərin xaos, anarxiya və özbaşınalıq hökm sürürdü. Şuşa, Laçın və Kəlbəcərin işğalı, ordudakı hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın gələcəyini sual altına qoymuşdu”.

Deputatın sözlərinə görə, həmin dövrdə heç bir biliyi, bacarığı və dövlət idarəçiliyi təcrübəsi olmayan şəxslər ən yüksək vəzifələri tutmuşdu:

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, küçədən keçən adamlar ölkənin taleyini həll edən vəzifələrə gətirilmişdi. Ordumuz faktiki olaraq qeyri-peşəkar və xəyanətkar qüvvələrin nəzarətində idi. Rəhim Qaziyev kimi şəxslər böyük vədlər versələr də, nəticədə torpaqlarımızın işğalına şərait yaratdılar. Azərbaycanı bu fəlakətdən xilas edən yeganə siyasi lider Heydər Əliyev oldu. O, xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkədə sabitlik yaratdı, dövlət institutlarını formalaşdırdı və ordu quruculuğunun əsasını qoydu”.

Xalq-iqtidar birliyi Zəfərin əsasını təşkil edib

Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri xalq-iqtidar birliyi idi:

“1993-cü ildə olduğu kimi, 44 günlük Vətən müharibəsində də xalq öz liderinin ətrafında sıx birləşdi. Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipial mövqeyi xalqın tam dəstəyi ilə birləşərək tarixi Zəfəri təmin etdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi və bu birlik düşmənin, eləcə də Azərbaycana təzyiq göstərən xarici qüvvələrin bütün planlarını alt-üst etdi”.

Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupu illərlə münaqişənin həllini uzatmağa çalışıb:

“Minsk qrupu faktiki olaraq işğalın davam etməsinə xidmət edirdi. Həmsədr ölkələrin hər biri müxtəlif səbəblərdən Azərbaycanı dayandırmağa çalışırdı. 44 günlük müharibə dövründə ölkəmizə çox ciddi təzyiqlər edildi. Ancaq Prezident İlham Əliyev böyük diplomatik məharət, siyasi iradə və prinsipiallıq nümayiş etdirərək bütün maneələri dəf etdi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”.

Antiterror əməliyyatı tam suverenliyi təmin edib

Ceyhun Məmmədov qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan dövlətinin gücünü bir daha nümayiş etdirdi:

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, həmin əməliyyat bir neçə saat ərzində uğurla başa çatdı. Bu isə illərlə aparılan düzgün strategiyanın, peşəkar hazırlığın və taktiki addımların nəticəsi idi. Ermənistan ordusu ikinci dəfə kapitulyasiya etdi və Azərbaycan öz tam suverenliyini təmin etdi. Azərbaycan bütün proseslərdə həm hərbi, həm də siyasi müstəvidə yüksək peşəkarlıq və ləyaqət nümayiş etdirib. Ermənistan şəhərlərimizi ‘İsgəndər-M’, ‘Skad’ və digər ballistik raketlərlə vururdu. Buna baxmayaraq Azərbaycan bir dənə də olsun mülki erməni obyektini hədəfə almadı. Bu, Azərbaycanın humanitar hüquqa və beynəlxalq normalara sadiqliyinin göstəricisidir”.

İşğalın ağır nəticələri və Ermənistanın ekoloji terroru

Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında Ermənistanın törətdiyi ekoloji terror məsələsinə xüsusi diqqət ayrılması mühüm əhəmiyyət daşıyır:

“İşğal dövründə Ermənistan təkcə şəhər və kəndlərimizi dağıtmayıb, eyni zamanda ekosid siyasəti həyata keçirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın 60 min hektar meşə fondu məhv edilib. Bəsitçay qoruğunda yüzillik çinar ağacları kəsilib, yandırılıb və talan olunub. Bu, beynəlxalq hüquqa zidd vandalizmdir”.

Deputat mina probleminin də ciddi təhlükə olaraq qaldığını bildirib:

“Azad olunmuş ərazilərdə Ermənistanın basdırdığı minalar bu gün də insanların həyatına təhlükə yaradır. Azərbaycan dövləti genişmiqyaslı minatəmizləmə işləri həyata keçirir. Bu istiqamətdə beynəlxalq dəstəyin artırılması vacibdir”.

Azərbaycan sülhün müəllifidir

Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bölgədə sülh istəyən tərəf olduğunu bir daha nümayiş etdirdi:

“Azərbaycan müharibəni bitirib və regionda davamlı sülhün tərəfdarıdır. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı. Bu gün bəzi xarici dairələr, xüsusilə Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər. Bu gün sərhəddə yerləşdirilən dırnaqarası Avropa müşahidəçiləri də vəziyyəti sabitləşdirmək yox, əksinə, gərginliyi artırmaq məqsədi daşıyır. “Binokl diplomatiyası” qəbuledilməzdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribat çox sərt şəkildə cavablandırılacaq”.

Zəngilan yeni beynəlxalq nəqliyyat mərkəzinə çevrilir

Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin Zəngilanla bağlı açıqladığı planlar regionun gələcək inkişaf perspektivlərini aydın göstərir:

“Bu gün Zəngilan tamamilə yeni sima qazanır. Şəhərdə yaşayış kompleksləri, məktəblər, yollar, körpülər, elektrik stansiyaları tikilir. Zəngilan hava limanı, konqres mərkəzi, ‘Dost Aqropark’, yeni məscid və digər layihələr bölgənin inkişafının göstəricisidir. Zəngəzur dəhlizinin açılması Zəngilanın strateji əhəmiyyətini daha da artıracaq. Zəngilan gələcəkdə Azərbaycanın yeganə rayonu olacaq ki, iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsinə malik olacaq. Bu isə həm iqtisadi, həm logistika, həm də geosiyasi baxımdan böyük üstünlükdür. Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının əsas hissəsinə çevriləcək. Bu yol Naxçıvanı Azərbaycanla birləşdirəcək, eyni zamanda Türkiyə, Avropa, İran və Fars körfəzinə çıxışı təmin edəcək”.

Azərbaycanın verdiyi bütün vədlər reallaşır

Deputat nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin fəaliyyətində ən mühüm xüsusiyyətlərdən biri verdiyi bütün vədləri yerinə yetirməsidir:

“Dövlət başçısı illər əvvəl məcburi köçkünlərlə görüşlərdə onların doğma torpaqlarına qayıdacağını demişdi. Bu gün həmin vədlər reallığa çevrilib. Böyük Qayıdış proqramı uğurla icra olunur. Zəngilan, Şuşa, Laçın, Füzuli və digər azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Azərbaycan qalib dövlət kimi öz torpaqlarında yeni həyat qurur və bu proses artıq bütün dünyanın diqqət mərkəzindədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 May 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri