Icma.az
close
up
RU
Dövlət dəstəyi ilə 10 a yaxın sahibkar Caspian Agro və InterFood Azerbaijan sərgilərində

Dövlət dəstəyi ilə 10 a yaxın sahibkar Caspian Agro və InterFood Azerbaijan sərgilərində

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

KOB subyektlərinin məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən xüsusi stend qurulub.

Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri keçirilir.

Bu il də KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif konservlər, siroplar, şirniyyatlar, təbii sirkə, kərə yağı, şərab, bal, toxum və gübrə, suvarma sistemləri və digər yerli məhsullar nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçirilməsi məqsədilə imkan yaradılıb.

KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim edən KOB subyektlərinin əksəriyyəti ilk dəfədir ki, "Caspian Agro" və "InterFood Azerbaijan" kimi ixtisaslaşmış sərgilərdə iştirak edirlər. Sərgilərdə iştirak KOB-lara brendlərini tanıtmağa, satış imkanlarını genişləndirməyə, müştəri və təchizatçılarla əlaqələr qurmağa imkan verir. 2018-ci ildən etibarən 1500-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin, startapın müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə, yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

Qeyd edək ki, "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri mayın 16-dək davam edəcək. Sərgilərdə ümumilikdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər və s. təqdim edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri