Dövlət dumasında miqrantlarla bağlı sərt sözlər: Kəndlərinə qayıtsınlar Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Dumasında rus dilini bilməyən miqrantlarla bağlı sərt açıqlamalar səsləndirilib.
BAKU.WS xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov rus dilini bilməyən miqrantlarla bağlı sərt fikirlər səsləndirib və onları öz kəndlərinə qayıtmağa çağırıb. Bu barədə "Tsarqrad" xəbər yayıb.
Xatırladaq ki, Rusiya hökuməti daha əvvəl rus dili bilməyən miqrant uşaqlarının məktəblərə qəbul edilməsini qadağan etməyi dəstəkləyib. "Ədalətli Rusiya - Həqiqət naminə" fraksiyasının rəhbəri Sergey Mironov bir neçə ildir ki, ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsini təklif etdiyini vurğulayıb.
"Biz dəfələrlə diqqət çəkmişik: məktəblərimizdə nə baş verir? Birinci sinifdə dərs zamanı uşaqların yarısı sadəcə oturur, çünki digər yarısı rus dilini bilmir," - deyə deputat narazılığını ifadə edib.
Mironovun sözlərinə görə, bu cür təhsil "əzab"dır və bir çox mənfi nəticələr doğurur. "Biz təklif etdik: gəlin test keçirək. Rus dilini bilənlər Rusiya məktəblərində təhsil alsın. Bilməyənlər isə sağ olun, kəndlərinə, öz evlərinə qayıtsınlar," - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 10 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















