Icma.az
close
up
RU
Dövlət İdarəçilik Akademiyasında mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim keçirilib

Dövlət İdarəçilik Akademiyasında mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) mərkəzi icra hakimiyyəti orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün növbəti təlim keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı və 2020-ci il 13 fevral tarixli Sərəncamla təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 2.8-ci bəndinə uyğun olaraq təşkil olunub.

Təlimdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin və “ASAN xidmət”in təlim mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində tətbiq olunan innovativ islahatlar, şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğuna əsaslanan yanaşmalar ətraflı təqdim olunub. Qeyd edilib ki, həyata keçirilən islahatlar ölkənin müstəqilliyinin qorunması və suverenliyinin gücləndirilməsinə xidmət edir, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına zəmin yaradır.

Akademik U.Ələkbərov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlətçilik və idarəçilik kursunu Prezident İlham Əliyev uğurla davam etdirir və yeni mərhələyə yüksəldir. İnnovativ idarəetmə texnologiyalarının tətbiqi nəticəsində ölkə bir sıra strateji nailiyyətlər əldə edib.

Rektor, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar, sosial və mədəni sahələrdə geniş fəaliyyət göstərir. Onun təşəbbüsləri təhsil, səhiyyə, mədəniyyət və beynəlxalq humanitar əlaqələrin inkişafına mühüm töhfə verib.

Təlim zamanı rektor, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji sivilizasiyaya keçid, inklüziv cəmiyyətin qurulması və davamlı inkişafın təşviqi sahəsində həyata keçirdiyi layihələr barədə danışıb.

Mühazirənin sonunda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Təlim diskussiya formatında davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri