Icma.az
close
up
RU
Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, buraxılış imtahanlarında ingilis dili fənni üzrə dinləmə, oxu (mətnlə iş) və 100 sözə artırılan esse tapşırıqları tətbiq olunur.

Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirdi ki, müasir təhsillə bağlı hər bir yenilik təqdirəlayiq addım hesab edilməlidir. 

"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən mütləq şəkildə abituriyentləri də düşünməlidir. Eyni zamanda həmin abituriyentlərin orta ümumtəhsil məktəblərində keçdikləri dərslər də diqqət mərkəzində olmalıdır".

Mütəxəssis əlavə etdi ki, burada bir neçə mühüm məqamı nəzərdə saxlamaq lazımdır:

"Birincisi, vaxt məsələsinə xüsusi diqqət yetirilməli və vaxtın artırılması təmin olunmalıdır. Məsələn, dinləmə tapşırıqları, mətn testləri və ya yazı (esse) tapşırıqları tərtib edilirsə, bunların hər biri üçün adekvat vaxt müəyyənləşdirilməlidir.

İkincisi, nəzərə almaq lazımdır ki, orta ümumtəhsil məktəblərində bu tip tapşırıqlar hansı səviyyədə yerinə yetirilir. Bu tapşırıqlar ümumiyyətlə yerinə yetirilirmi, hansı formada yerinə yetirilir və mövcud səviyyə qəbul imtahanları üçün kifayət edirmi? Bütün bu suallar nəzərə alınaraq müvafiq qərarlar verilməlidir. Lakin bəzi hallarda müşahidə edirik ki, kor-təbii şəkildə “gəlin çətinləşdirək” yanaşması tətbiq olunur. Nəticədə imtahan prosesi istər-istəməz çətinləşir və bu da buraxılış imtahanlarının mart ayına çəkilməsinə gətirib çıxarır. Bunun səbəbi isə çətinləşdirilmiş imtahanların yoxlama prosedurunun daha çox vaxt aparmasıdır. Yoxlama prosesinə üç-dörd həftə vaxt sərf olunur və bu da digər imtahanlarla toqquşmanın qarşısını almaq üçün buraxılış imtahanlarının daha erkən tarixə salınmasına təsir göstərir. Əlbəttə, biz hamımız Dövlət İmtahan Mərkəzinin yeni layihələrini dəstəkləyirik. Çünki məqsəd müasir tələblərə cavab verən imtahan modelini formalaşdırmaqdır və bu, təqdirəlayiq yanaşmadır. Beynəlxalq imtahan təcrübəsinə baxdıqda da oxşar imtahan formatlarının tətbiq olunduğunu görürük".

Müsahibimizin fikrincə, biz yenilik edərkən ilk növbədə öz reallıqlarımıza baxmalıyıq.

"Yəni orta ümumtəhsil məktəblərində şagirdlərə kifayət qədər mətn tapşırıqları, esse yazıları və dinləmə tapşırıqları verilirmi? Bu, qəbul imtahanları üçün yetərlidirmi? Hər bir məktəbdə, xüsusilə ingilis dili fənni üzrə bu tapşırıqları həyata keçirmək üçün maddi-texniki baza mövcuddurmu? Bu dərslər tədris olunursa, hansı səviyyədə tədris olunur? Əgər bir neçə məktəbi gəzib baxsaq, görərik ki, ən azı on məktəbdən üç-dördündə bu imkanlar məhduddur. Xüsusilə region məktəblərində bu problem daha qabarıq şəkildə özünü göstərir. Məncə, bütün bu amillər mütləq şəkildə nəzərə alınmalıdır", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Fevral 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri