Icma.az
close
up
RU
Dövlət İmtahan Mərkəzi illərdir bu qanunu pozur?! ŞOK AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi illərdir bu qanunu pozur?! ŞOK AÇIQLAMA

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tədris ili hələ rəsmi olaraq başa çatmayıb, lakin artıq IX və XI siniflər üçün buraxılış imtahanları, eləcə də ali məktəblərə qəbul üçün blok imtahanları keçirilir. Bu təcrübə son illərdə geniş vüsət alsa da, onun pedaqoji, hüquqi və psixoloji baxımdan doğurduğu nəticələr hələ də ciddi ictimai və elmi müzakirə mövzusudur. Ən əsas məsələ budur ki, şagirdlər ilin tam proqramını mənimsəmədən summativ qiymətləndirməyə, yəni həyatlarını müəyyənləşdirəcək imtahana cəlb olunurlar. Bu isə həm “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də ümumi pedaqoji prinsiplərin ruhuna ziddir”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov açıqlayıb. O bildirib ki, qanunun 13-cü maddəsinə əsasən, təhsil prosesinin əsas prinsiplərindən biri mərhələlilik və davamlılıqdır:

“Yəni şagirdin bilik və bacarığının formalaşması ardıcıl şəkildə həyata keçirilməli, sonra isə qiymətləndirilməlidir. Eyni qanunun 18.2-ci maddəsində göstərilir ki, təhsilalanların biliyi müvafiq tədris proqramına əsasən müəyyən edilir. Əgər tədris proqramı hələ başa çatmayıbsa, hansı meyarla qiymətləndirmə həyata keçirilir? Bu, hüquqi baxımdan da ciddi uyğunsuzluq yaradır.

Əlavə olaraq, Dövlət İmtahan Mərkəzinin tədris ili ərzində imtahan keçirməsi nəticəsində proqramın son bölmələrinin ya üstündən səthi keçilməsi, ya da ümumiyyətlə tədris olunmaması halları baş verir. Bu isə bərabərsizlik və qeyri-obyektivlik yaradır. Eyni ixtisas qrupu üzrə, eyni fənni öyrənən iki şagirddən biri imtahanda keçmədiyi bölmə ilə qarşılaşır, digəri isə daha əvvəl həmin mövzunu keçib və daha yaxşı hazırlaşa bilir. Bu, qiymətləndirmənin keyfiyyətinə, nəticələrin etibarlılığına ciddi şəkildə mənfi təsir göstərir”.

K.Əsədov vurğulayıb ki, statistikaya nəzər saldıqda da bu təcrübənin nəticələri aydın görünür:

“2023-cü ildə IX sinif buraxılış imtahanlarında iştirak edən 100 mindən çox şagirddən yalnız 32 faizi Azərbaycan dili və riyaziyyat fənləri üzrə 50 faizdən çox nəticə göstərmişdi. Bu isə o deməkdir ki, şagirdlərin üçdə ikisi baza fənləri üzrə minimum biliklərə belə sahib olmadan buraxılış mərhələsindən keçmiş hesab olunurlar. Bu, sadəcə imtahan uğursuzluğu deyil, bütövlükdə tədris prosesində ciddi boşluqların, tələsikliyin və planlaşdırma səhvlərinin nəticəsidir”.

Aytac Şahin


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri