Dövlət Komitəsi rəsmisi: Bəzən azyaşlı qızların nişanlanması barədə öz rəfiqələrindən məlumat daxil olur
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzən nişan mərasimi keçirilən azyaşlı qız uşaqlarından, onların rəfiqələrindən və digər şəxslərdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumatlar daxil olur.
Bunu "Report"a müsahibəsində Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.
Onun sözlərinə görə, bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasiminin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır:
"Bəzən nişan mərasimi keçirilən qız uşaqlarından, onların rəfiqələrindən və digər şəxslərdən bizə məlumatlar daxil olur. Lakin bu cür sövdələşmələr faktiki olaraq ailə qurulması halı deyil. Hər bir halda, bu, uşaq hüquqlarının məhdudlaşdırılmasına, uşağın təhsildən yayınmasına, onun psixologiyasına ciddi fəsadlara səbəb olur".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















