Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib.
Newscenter.az xəbər verir ki, fləşmobda doğma yurda qayıdan keçmiş məcburi köçkün həmvətənlərimiz olan azyaşlılar iştirak ediblər. Fləşmob haqqında hazırlanmış videoçarxda Xocalı şəhərindən kadrlar verilib və Xocalının ən gənc sakinlərinin dilindən Azərbaycan şairi Abdulla Şaiqin “Vətən” şeiri səsləndirilib. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək Xocalı şəhərinə 46 ailə, yəni 179 nəfər doğma yurda köçürülüb. Fləşmob haqqında videoçarxı təqdim edirik.
Süleyman
Baxış sayı:107
Bu xəbər 04 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















