Icma.az
close
up
RU
Dövlət Komitəsində UN Habitat ın nümayəndələri ilə görüş keçirilib

Dövlət Komitəsində UN Habitat ın nümayəndələri ilə görüş keçirilib

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri ilə görüş keçirilib.

Komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirən sədr müavini, qeyd edib ki, həmin kateqoriyadan  şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşdığı, onlara hərtərəfli humanitar dəstək göstərdiyi vurğulanıb.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyi, yaşayış məntəqələrində zəruri infrastruktur yaradıldıqdan, evlərin tikintisi və təmir-bərpa işləri başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürüldüyü bildirilib. Xatırladılıb ki, indiyədək 50 yaşayış məntəqəsində daimi məskunlaşma həyata keçirilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.

Qayıdış prosesinin planlı təşkili məqsədilə köçürülmə öncəsi keçmiş məcburi köçkünlər arasında sosioloji sorğular keçirilir. Sorğular zamanı ailələrin qayıdış niyyəti, sosial vəziyyəti, ailə tərkibi və digər ehtiyacları öyrənilir. Əldə olunan məlumatlar təhlil edilərək köçürülmənin planlaşdırılmasında nəzərə alınır.

Mənzillərin ailələr arasında bölüşdürülməsinin şəffaf və ədalətli təşkili məqsədilə püşkatma keçirilir. Ailələrə təqdim ediləcək mənzillərin yerləşmə yeri və mərtəbəsi püşkatma yolu ilə müəyyənləşdirilir. Köçürülmədən əvvəl ailələrin tibbi müayinəsi, köç günü nəqliyyat təminatı, mənzillərin açarlarının təqdim edilməsi və müvafiq sənədləşmə işləri də təşkil olunur.

Görüşdə mina təhlükəsi və onun Böyük Qayıdış prosesinə təsiri məsələsi də diqqətə çatdırılıb. Bildirilib ki, mina və partlamamış hərbi sursatlar əhalinin təhlükəsizliyi və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması qarşısında ciddi çağırış olaraq qalır. Bu təhlükə barədə əhalinin məlumatlılığının artırılması, təhlükəsiz davranış qaydalarının aşılanması məqsədilə mütəmadi maarifləndirici tədbirlər keçirilir. Həmin tədbirlərdə mina və partlamamış hərbi sursatların yaratdığı risklər, təhlükəli ərazilərdə davranış qaydaları və şübhəli əşyalar aşkar edildikdə görülməli tədbirlər izah olunur.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:23
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri