Icma.az
close
up
RU
Nazir ABŞ də Huqo Yonla görüşdü Fotolar

Nazir ABŞ də Huqo Yonla görüşdü Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Energetika və Biznes Məsələləri Bürosu üzrə Dövlət katibinin köməkçisinin baş müavini Huqo Yon ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, aqrar sahədə investisiya imkanları, qabaqcıl texnologiyaların tətbiqi və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Azərbaycanın qeyri-neft sektorunun inkişafında, xüsusilə kənd təsərrüfatında ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, aqrar sahədə müasir texnologiyaların, süni intellekt əsaslı həllərin və dəqiq əkinçilik sistemlərinin tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, damazlıq heyvandarlıq və genetik seleksiya istiqamətlərində birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

M.Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir prinsiplər əsasında qurulması, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlıqlı təsərrüfat modellərinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Bu kontekstdə ABŞ-nin qabaqcıl kənd təsərrüfatı texnikası istehsalçısı “John Deere” şirkəti ilə strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb. ABŞ şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirakı, texnologiya transferi və aqrar sahədə innovasiyaların tətbiqi üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin kənd təsərrüfatında elmi-tədqiqat və innovasiya fəaliyyətinin  genişləndirilməsi, aqrar genetika sahəsində təcrübə mübadiləsi, mütəxəssis potensialının gücləndirilməsi və müasir idarəetmə təcrübələrinin tətbiqi məsələlərinə toxunulub.

Nazir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş prioritetlər, aqrar investisiyaların təşviqi və özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.

Tərəflər aqrar sahədə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi, ABŞ şirkətlərinin Azərbaycan bazarında iştirak imkanlarının genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə olunmasının vacibliyini qeyd ediblər.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri