Icma.az
close
up
RU
Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xankəndi, 19 noyabr, AZƏRTAC

Xankəndi şəhər stadionunda beynəlxalq oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi oyunla bağlı danışarkən deyib.

Nazir xatırladıb ki, Xankəndi azad edildikdən sonra stadionda ilk oyun 2023-cü il dekabrın 21-də keçirilib. Həmin vaxt Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” və MOİK komandaları qarşılaşıblar: “Bundan sonra Prezidentin tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə arenanın açılışı oldu. Artıq “Xankəndi” komandası ilk ev oyununu bu stadionda keçirir. Tribunalara çoxlu sayda azarkeşin toplaşması hamımız üçün sevindirici haldır. Çoxdan gözlədiyimiz bir gün idi. Onu da qeyd edim ki, MOİK də gələn ildən ev oyunlarını bu stadionda keçirməyə qərar verib. Stadion UEFA-nın müvafiq kateqoriyasını almaq üçün hazırdır. Burada beynəlxalq standartlara uyğun hər cür şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə, AFFA ilə razılaşdırılmaqla, milli komandamız da ev oyunlarını burada keçirə bilər”.

Fərid Qayıbov işğaldan azad edilmiş ərazilərdə uşaq futbolunun inkişafı ilə bağlı görülən işlərə də toxunub. O bildirib ki, həm Gənclər və İdman Nazirliyinin, həm də təhsil müəssisələrinin tabeliyində olan uşaq-gənclər idman məktəblərində futbol bölmələri fəaliyyət göstərir: “Dövlətin digər idman klubları, o cümlədən Ordu İdman Klubu da uşaq futboluna dəstək verir. Bununla yanaşı, demək olar ki, bütün futbol klublarının akademiyaları var və orada da inkişaf prosesi gedir. Azərbaycan çempionatları müxtəlif yaş kateqoriyaları üzrə keçirilir. Düşünürəm ki, futbolun təbliği də yaxşı aparılır. Ölkəmizdə 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı keçirildi. İnanıram ki, bunun nəticələrini də görəcəyik”.

Nazir qeyd edib ki, Xankəndi şəhər stadionu bütün beynəlxalq standartlara uyğundur və UEFA-dan müvafiq kateqoriyanın alınması gözlənilir: “Düşünürəm ki, bundan sonra burada təkcə aşağı yaş qruplarının deyil, A milli komandanın da oyunları keçirilə bilər. UEFA turnirlərinin matçlarının təşkili də mümkündür”.

Müxbir - Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri