Icma.az
close
up
RU
Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib

Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hatay və Kahramanmaraş şəhərlərində bir sıra rəsmi görüşlər keçirib.

Bu barədə qurumdan verilən məlumata görə, Hatay vilayətinin Payas rayonunda Kaymakam Kürşad Karaca və Payas Bələdiyyəsinin sədri Bekir Altanla görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılıb. Payas şəhərindəki küçələrdən birinə "27 Sentyabr", parklardan birinə isə "Zəfər" adının verilməsi təşəbbüsü irəli sürülüb. Təklif müsbət qarşılanaraq Bələdiyyə Məclisinin gündəliyinə daxil edilib.

Nümayəndə heyətinin növbəti görüşləri Kahramanmaraş valisi Mükerrem Ünlüer, Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel və Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım ilə olub. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluq ifadə olunub, xüsusilə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.

Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında hər zaman bir-birinin yanında olduğu vurğulanıb. Xüsusilə cari ilin iyununda Kahramanmaraşda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan” məhəlləsinin, Heydər Əliyev adına məktəbin açılışının və Azərbaycan Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimlərinin keçirilməsi qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.

Görüşdə Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Xalq artisti Samir Cəfərov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, dosent Mərziyyə Məmmədli, müəllim Həmran Əmirli və digər şəxslər iştirak ediblər.

Görüşlərin sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Mustafa Kamal
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri