Icma.az
close
up
RU
Dövlət Komitəsinin nümayəndələri İstanbulda sərgidə iştirak ediblər

Dövlət Komitəsinin nümayəndələri İstanbulda sərgidə iştirak ediblər

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı tərəfindən "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində təşkil olunmuş sərgidə iştrak ediblər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində keçirilən sərgidə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində komitənin hazırladığı təbliğat-məlumatlandırma işləri nümayiş olunub. Sərgi iştirakçılarına çatdırılıb ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı göstərilir, onlarla bağlı məsələlərin həllinə Prezident İlham Əliyev xüsusi diqqət yetirir. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdəndir.

Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası sədrinin müavini, Türkiyədə Azərbaycan diasporunun təmsilçisi Pərviz Məmmədzadə çıxışında qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.  O, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı layihələrin daha çox sayda və daha yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Böyük Qayıdış mövzusunda hazırlanmış videçarxlar barədə məlumat verərkən deyib: “Biz burada nümayiş olunan videoçarxlarla işğaldan qurtarılmış  torpaqlarda həyatın necə yenidən canlandığını, uşaqların sevinc dolu gözlərini, insanların quruculuq işlərindəki əzmini əks etdiririk. Bu, sadəcə, yaşayışın bərpası deyil, həm də xalqın öz ruhunu və mənəvi dəyərlərini torpaqlarında yenidən canlandırmasıdır.

Qarabağ bu gün təkcə bizim deyil, gələcək nəsillərin də mədəniyyət mərkəzi, vətən sevgisinin simvoludur”. Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış ilə bağlı videoçarxlar sərgi iştirakçılarında böyük maraq doğurub. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Laçın rayonundan məcburi köçkün Elnarə Rəsulovanın yaradıcılıq işlərindən nümunələr, o cümlədən xalçalar və antik əşyalar da nümayiş olunub.

Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb. Həmçinin ötən ilin may ayında Türkiyənin İzmir şəhərində keçirilən “Qızıl alma” Beynəlxalq Turan Film Festivalında Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Dövlət Komitəsinin nümayəndələri festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri