Evdə virusların yayılma riskini azaltmağın sadə yolu Həkim açıqladı
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Payız-qış mövsümündə qrip və digər kəskin respirator virus infeksiyalarından qorunmaq üçün ev və iş yerlərinin mütəmadi havalandırılması vacibdir. Mütəxəssislər otaqların hər 1-2 saatdan bir qısa müddətə havalandırılmasını tövsiyə edirlər.
BAKU.WS xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyinin baş terapevti, Rusiya Elmlər Akademiyasının akademiki Oksana Drapkina respirator infeksiyalara yoluxma riskini azaltmaq üçün pəncərələrin hər 1-2 saatdan bir 5-10 dəqiqə açıq saxlanılmasını məsləhət görüb.
Həkimin sözlərinə görə, soyuq havalarda otağın havasını dəyişmək üçün 3-5 dəqiqəlik havalandırma da kifayət edə bilər. Bunun üçün pəncərə və ya qapıları geniş açaraq otağa təmiz havanın daxil olmasını təmin etmək lazımdır.
Drapkina izah edib ki, qapalı məkanlarda virus daşıyan aerozol hissəcikləri toplanır. Otağın havalandırılması isə həmin hissəciklərin havadakı konsentrasiyasını azaldaraq yoluxma ehtimalını aşağı salmağa kömək edir.
Mütəxəssis qapalı məkanlarda havanın rütubət səviyyəsinin 40-60 faiz arasında saxlanılmasını da tövsiyə edib. Çünki həddindən artıq quru hava burun və boğazın selikli qişasını qurudur, bununla da tənəffüs yollarının təbii müdafiə mexanizmlərini zəiflədir.
Həkim bildirib ki, kifayət qədər rütubətli hava tənəffüs yollarının özünü təmizləmə prosesini dəstəkləyir və selikli qişaların qoruyucu funksiyasının saxlanmasına kömək edir.
Respirator infeksiyalardan qorunmaq üçün əllərin mütəmadi yuyulması, insanların sıx olduğu yerlərdə maska və ya respiratordan istifadə edilməsi də tövsiyə olunur.
Evdə ailə üzvlərindən biri xəstələndikdə isə imkan daxilində onun ayrıca otaqda qalması, digər şəxslərlə təmasının məhdudlaşdırılması, otaqların daha tez-tez havalandırılması və nəm təmizliyin aparılması məsləhət görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















