Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam şəhərində vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, aliment ödənişi, uşaqların sağlamlıq təminatlarının gücləndirilməsi, əlilliyin bərpası, həmçinin qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 Oktyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















