Dövlət Məşğulluq Agentliyi Türkiyədə işlə bağlı müraciətlərin qəbuluna başlayıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyədəki xüsusi qulluq mərkəzlərində (Bakım Evleri) işə qəbul üçün müraciətlərin qəbuluna start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən XQ-yə verilən məlumata görə, baxıcı vakansiyası üzrə işə qəbul olunacaq şəxslər qeyd edilən xüsusi qulluq mərkəzlərində əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlı şəxslərə stasionar formada (özləri də həmin mərkəzlərdə gecələməklə) peşəkar qulluq göstərəcək, onların gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər.
Məlumata əsasən, vakansiya üzrə əməkhaqqı məbləği Türkiyədəki minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən olunub.
Qeyd edilib ki, əlavə olaraq, işəgötürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış yeri və qidalanma xərcləri tam qarşılanacaq.
Vakansiya üzrə işə qəbul ediləcək şəxslərdən əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını qarşılamaq, fərdi qayğı planına uyğun xidmət göstərmək, xidmət alan şəxslərə zərər vura biləcək hər hansı münasibət və davranışın qarşısının alınması istiqamətində nəzarət tədbirlərini həyata keçirmək və aidiyyəti məsul şəxsləri məlumatlandırmaqn tələb olunur.
Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri bu vakansiya üzrə müraciət etməyə dəvət edir. Onlayn qaydada müraciətlərin son tarixi cari il avqustun 27-dir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:227
Bu xəbər 27 İyul 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















