Icma.az
close
up
RU
Oğuzda ilk klaster müəssisə istifadəyə verilib

Oğuzda ilk klaster müəssisə istifadəyə verilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi - avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə təmin olunan şəxslərin eyni məkanda birgə fəaliyyət göstərməsi üçün yaradılıb.

Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası və təmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama və avtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcəklər.

Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyət göstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayıb. Belə layihələrin bölgədə xidmət sektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu diqqətə çatdırıb.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verərək bildirib ki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına, iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmağına, gəlirlərini artırmağa və öz sahələrində peşəkar fəaliyyət göstərməyə dəstək olmaqdır.

Çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına əminliklərini ifadə ediblər.

Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri mərhələli şəkildə genişləndiriləcək. Yaxın vaxtlarda müəssisədə avtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazval xidmətlərinin göstərilməsinə də başlanılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri