Dövlət müəssisələrində yeni strategiya Rəqəmlər artır
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Maliyyə Nazirliyinin məlumatına görə, 2027-ci ildə dövlət müəssisələrinin dividend öhdəliyinin 42,5 faiz artırılaraq 855 milyon manata çatdırılması gözlənilir. Bu artımın səbəbləri və dövlət müəssisələrinin maliyyə dayanıqlılığına mümkün təsirləri maraq doğurur.
İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət müəssisələrinin dividend öhdəliklərinin artmasının əsas səbəblərindən biri onların maliyyə vəziyyətinin yaxşılaşması və zərərdən gəlirli fəaliyyətə keçməsi ilə bağlı ola bilər.

Onun sözlərinə görə, dövlət müəssisələrinin uzun illər ərzində zərərlə fəaliyyət göstərməsi davamlı hal kimi qiymətləndirilə bilməz:
“Bu müəssisələrin gəlirliliyinin artırılması nəticə etibarilə dövlət büdcəsinə ödədikləri dividendlərin də yüksəlməsinə səbəb ola bilər.
Son dövrlərdə bir sıra dövlət müəssisələrinin artıq zərərlə deyil, gəlirlə fəaliyyət göstərməsi ilə bağlı məlumatlar açıqlanıb. Bu baxımdan 2027-ci ildə dividend öhdəliyinin 42,5 faiz artaraq 855 milyon manata çatmasının müəssisələrin maliyyə göstəricilərindəki dəyişikliklərlə əlaqəli olması mümkündür.
Dövlət müəssisələri uzun illər ərzində bir çox hallarda səmərəli fəaliyyət göstərə bilmirlər. Onların gəlirləri və ümumi fəaliyyət göstəriciləri qənaətbəxş səviyyədə olmur.
Lakin son vaxtlar bu müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması, gəlirlərin artırılması və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atılıb.
Güman ki, gələn il dividend öhdəliklərində gözlənilən artım da məhz bu proseslə əlaqəlidir”, - deyə ekspert bildirib.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yeni dövlət rüsumları müəyyənləşir RƏQƏMLƏR
10 Dekabr 2024 19:43
Dövlət büdcəsinin gəlirləri açıqlandı RƏQƏMLƏR
08 İyun 2026 10:51
Azərbaycanda 27 mindən çox dövlət qulluqçusu var Yeni rəqəmlər
22 İyun 2026 13:10
Bakı Dövlət Universitetinin məzunları iş tapa bilir? RƏQƏMLƏR
30 Aprel 2025 14:54
Ən çox maaş alan dövlət başçıları ONLARDIR RƏQƏMLƏR
21 Yanvar 2025 11:12
Baxış sayı:60
Bu xəbər 21 Sentyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları