Icma.az
close
up
RU
Dövlət mükafatlarına təqdim edilən əsərlər müəyyənləşib

Dövlət mükafatlarına təqdim edilən əsərlər müəyyənləşib

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin Dövlət mükafatlarına təqdim edilən işlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilib:

I. Elm və texnologiya sahəsində

1. Adil Qəribov - "Atom-hidrogen energetikasında termo- və radiasion-heterogen proseslər" monoqrafiyası. Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (optimallaşdırmadan sonra Fizika İnstitutunun tərkibində) təqdim edib.

2. Asəf Hacıyev - "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabı. Bakı Mühəndislik Universiteti təqdim edib.

3. Akif Əlizadə, Tələt Kəngərli, Dadaş Hüseynov, Zaur İmrani, Rauf Qardaşov, Amin İsmayılov, Xəyyam Rəhimov, Səyyarə İbadullayeva, Təvəkkül İsgəndərov, Qurban Yetirmişli, Nazim İsmayılov - "Qarabağ və Şərqi Zəngəzur. Təbii Ehtiyatlar Atlası". Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (optimallaşdırmadan sonra Geologiya İnstitutunun tərkibində) təqdim edib.

4. Bədirxan Əhmədov - "XX əsr Azərbaycan ədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər" (üç cilddə) monoqrafiyası. Xəzər Universiteti təqdim edib.

5. Camaləddin Aslanov - "Düzaxınlı siyirtmə" ixtirası və onun əsasında elmi nəzəri perspektivliyi sübuta yetirilmiş ixtiranın təkmilləşdirlməsinə dair kompleks elmi tədqiqat. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu təqdim edib.

6. Əsgər Zeynalov - "İrəvan ziyalıları" monoqrafiyası. Azərbaycan Dillər Universiteti təqdim edib.

7. İlqar Nəzərov, Natiq Cavadov, Məmmədsaleh Əliyev, Soltan Qasımov, Rafiq Hüseynov - Müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması. Müdafiə Sənayesi Nazirliyinin "İqlim Elmi-İstehsalat Müəssisəsi" təqdim edib.

8. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, Leyla Həmidova - "Azərbaycan dilinin frazeologiya lüğəti". Bakı Slavyan Universiteti təqdim edib.

9. Könül Bünyadzadə - "Sufi fenomenologiya" ikicildlik monoqrafiyası. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu təqdim edib.

10. Qəzənfər Paşayev və Orxan İsayev - "İraq-Türkman ədəbiyyatı tarixi" monoqrafiyası. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim edib.

11. Mahirə Hüseynova, Sayalı Sadıqova - "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası" monoqrafiyası. Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim edib.

12. Məhəmməd Camalbəyov, Nazim Vəliyev - "Yeni "Diskret-imitasiya modelləşdirmə konsepsiyası": nasos-quyu-lay sistemlərinin kompüter simulyasiyası ilə neft hasilatının optimallaşdırılması" elmi əsəri. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutu təqdim edib.

13. Rahib İmamquluyev - "Qeyri-səlis məntiq və süni intellekt əsaslı adaptiv və izaholunan idarəetmə sistemləri: IoT, 6G və kibertəhlükəsizlik tətbiqləri" elmi işlər silsiləsi. Bakı Biznes Universiteti təqdim edib.

14. Tarix Dostiyev - "Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)" və "Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyət fenomeni" monoqrafiyaları. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu təqdim edib.

15. Vəfaddin İbayev - "Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabı. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi təqdim edib.

II. Memarlıq və mədəniyyət sahəsində

16. Eldar Mikayılzadə - Xalça sənəti sahəsində fəaliyyətinə, xalçaçı rəssam kimi son illərdə yaratdığı əsərlərinə görə ("Azərbaycan xalçası - ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixi). Mədəniyyət Nazirliyi təqdim edib.

17. Musa İsmayılov (Mərcanlı) - Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə əsərlər: "Azərbaycan. Yeni Era", "Tükənməz xəzinə", "Şirvanşahların minilliyi", "Dirçəliş. Başlanğıc", "Daşları toplamaq vaxtıdır", "Qarabağ Yeni sətirdən", "Şuşa. Zirvədən uca". Bakı Dövlət Universiteti təqdim edib.

18. Sakit Məmmədov - "Heydər Əliyev və multikultural dəyərlər" silsilə əsərləri. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təqdim edib.

19. Siyavuş Kərimi - "Nəsimi" operası. Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim edib.

20. Yusif Eyvazov - ifaçılıq fəaliyyətinə görə. Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim edib.

III. Ədəbiyyat sahəsində

21. Kamal Abdulla - "Gizli "Dədə Qorqud" - yeni mənalar axtarışında" kitabı. Azərbaycan Yazıçılar Birliyi təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri