Icma.az
close
up
RU
Dövlət naziri: Avropanın təhlükəsizliyini nəzərə alaraq, Britaniya ilə Azərbaycanın birgə çalışması çox vacibdir MÜSAHİBƏ

Dövlət naziri: Avropanın təhlükəsizliyini nəzərə alaraq, Britaniya ilə Azərbaycanın birgə çalışması çox vacibdir MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutinin APA-ya müsahibəsi

Böyük Britaniyanın Azərbaycanla əlaqələri güclüdür

- Cənab nazir, Azərbaycanla Böyük Britaniya arasındakı mövcud siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Əlaqələrimiz güclüdür və bu uzun illərdir belədir. Amma ümid edirik ki, bu, daha da güclənəcək. Prezident, xarici işlər naziri və onun müavini ilə çox məhsuldar və səmimi görüşlər keçirdim, eyni zamanda, Azərbaycandakı Britaniya biznesinin nümayəndələri ilə görüşdüm. Daha da sıx əməkdaşlıq edə biləcəyimiz müdafiə və təhlükəsizlikdən tutmuş iqtisadiyyat, ticarət, təhsil, enerji, xüsusilə təmiz enerji və nəqliyyat sahələrini müzakirə etdik. Azərbaycan COP29-da böyük liderlik imkanlarını nümayiş etdirdi. Ona görə də burada ikitərəfli münasibətlərimizi müzakirə etmək və vacib əlaqələr qurmaq çox xoşdur. Baş nazirimiz və xarici işlər naziri COP29 zamanı Azərbaycana səfər etdilər və mən bu əlaqəni gücləndirmək üçün bir komandanın üzvü olmaqdan çox məmnunam.

Bölgə üçün çox vacib bir dövrdür

Eyni zamanda, bölgə üçün çox vacib bir dövrdür. Yaxınlarda Ağ Evdə Prezident Trampın iştirakı ilə çox müsbət addımlar atıldı və biz bu səyləri səmimi şəkildə alqışlayırıq. Bu, sülh və sabitlik, həmçinin, bu bölgədə iqtisadi artım və əlaqələr üçün böyük bir fürsət yaradır. Ölkəmiz həm Böyük Britaniya, həm də Azərbaycan üçün qarşılıqlı fayda əldə etmək məqsədilə bölgədə dost qismində çıxış etməyə hazırdır.

Biz Azərbaycanla olan dialoqu tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik

- 2016-cı ildə Azərbaycan və Böyük Britaniya strateji dialoqa başladılar. Ən son görüş isə 2023-cü ilin iyun ayında Londonda keçirildi. Siyasət, iqtisadiyyat, mədəniyyət və müdafiə sahələrində əlaqələrimizi daha da gücləndirmək üçün hansı addımlar atılmalıdır?

- Bu gün Strateji Dialoq çərçivəsində çox məhsuldar müzakirələr apardıq və məmnuniyyətlə bildirirəm ki, biz bu dialoqu tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik. Beləliklə, biz münasibətlərimizi bir çox sahədə daha da dərinləşdiririk. Biz artıq bu münasibətlərin müxtəlif sahələrində əldə etdiyimiz irəliləyişləri müzakirə etdik, lakin hamımız razılaşdıq ki, birgə daha çox iş görə bilərik. Dediyim kimi, bu, təhsil, enerji, infrastruktur, siyasi, hətta müdafiə və təhlükəsizlik sahələrində ola bilər. Bölgədə baş verənləri, Şimal və Cənubdakı çağırışları və əlbəttə ki, Avropanın təhlükəsizliyi və sabitliyinin əhəmiyyətini nəzərə alaraq, Böyük Britaniya ilə Azərbaycanın etibarlı dostlar və tərəfdaşlar kimi birgə çalışması çox vacibdir.

Bu münasibətlərin mərkəzində xalqlarımız dayanır. Böyük Britaniya universitetlərində təhsil almış insanlarla görüşmək, onların Böyük Britaniyaya və münasibətlərimizə olan sevgisini eşitmək çox xoş idi.

Ermənistanla davamlı sabitliyin olması ilə bağlı böyük optimizm mövcuddur

- Hansı ikitərəfli və ya qlobal məsələlərdə hər iki ölkə ortaq mövqeyə malikdir?

- Əlbəttə, müdafiə və təhlükəsizlik sahələrində, eləcə də Avropanın sülh və sabitliyində, xalqlarımızın birgə sülh şəraitində yaşamasını təmin etməkdə ortaq maraqlarımız var. Gələcək potensial və Ermənistanla davamlı sabitliyin olması ilə bağlı böyük optimizm mövcuddur. Biz irəliləyişin davam etməsini təmin etmək üçün hər iki ölkəni dəstəkləmək istəyirik.

İkincisi, enerji, enerji təhlükəsizliyi, eləcə də enerjinin nəqli məsələlərində ortaq maraqlarımız var. Azərbaycanda bərpa olunan enerji sahəsindəki perspektivləri və həyata keçirilən layihələri müzakirə etmək çox həyəcanvericidir. Yeni günəş enerjisi layihələri və külək enerjisinə investisiyalar haqqında eşitdim, deyə bilərəm ki, bu gündəlikdə real müsbət dinamika var.

Beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizə, eləcə də təhsil və insanlararası əlaqələrə gəldikdə, bunlar çox önəmlidir.

Biz gələcək illərdə Azərbaycanın Böyük Britaniyaya daha çox sərmayə qoymasını ümidlə gözləyirik

- Azərbaycan və Böyük Britaniya indiyədək təxminən 30 saziş imzalayıb. Böyük Britaniya Azərbaycana təxminən 40 milyard dollar - xarici investisiyaların 50%-i - sərmayə qoyub. Ölkədə 600-dən çox Böyük Britaniya şirkəti fəaliyyət göstərir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün iqtisadiyyatın hansı sahələri ən böyük potensiala malikdir?

- Bu, çox yaxşı sualdır. Bu gün uzun müddət Azərbaycana investisiya yatıran bəzi şirkətlərin nümayəndələri ilə görüşmək mənim üçün bir şans oldu. Bu, BP ola bilər, ya da infrastruktura sərmayə qoyan şirkətlər, yeni maliyyə texnologiyaları təşkilatları – bu sahədə çox maraqlı bir şirkətlə tanış oldum – mədənçilik və minerallarla əlaqəli ola bilər. Dediyim kimi, Böyük Britaniya və Azərbaycan şirkətlərinin gələcəyin texnologiyaları, istər bərpa olunan enerji sahəsində, istərsə də regionun infrastruktur və kommunikasiya sahələri üzrə birgə fəaliyyəti üçün böyük potensialı var.

Biz, həmçinin, Böyük Britaniya İxrac Maliyyəsi vasitəsilə karqo yükdaşıma imkanlarının dəstəklənməsini təmin etmişik və Orta Dəhliz boyunca əlaqələrin gücləndirilməsi, Türkiyə və Mərkəzi Asiya ilə münasibətlərimizin dəstəklənməsi üçün nələr edə biləcəyimizi araşdırmağa davam edirik. Bu, son dərəcə vacib bir regiondur və Böyük Britaniya Azərbaycanda iqtisadi inkişafı dəstəkləyə biləcək unikal bacarıqlara, təcrübəyə, şirkətlərə və peşəkarlara malikdir. Eyni zamanda, bu, Böyük Britaniya üçün də çox faydalar yaradacaq. Biz, həmçinin, gələcək illərdə Azərbaycanın Böyük Britaniyaya daha çox sərmayə qoymasını ümidlə gözləyirik.

Birlikdə edə biləcəyimiz çox maraqlı işlər var.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri