Icma.az
close
up
RU
Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yaydı 70,2 MİLYARD DOLLAR

Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yaydı 70,2 MİLYARD DOLLAR

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 milyard 31,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 milyard 161,7 milyon ABŞ dolları təşkil etmişdir.

Əsas maliyyə göstəriciləri (yanvar-sentyabr 2025):

Ümumi aktivlər: 70,2 milyard ABŞ dolları (+16,9%)Ümumi gəlirlər: 13 073,5 milyon manatÜmumi xərclər: 10 917,8 milyon manatNeft-qaz gəlirləri: 7 837,7 milyon manatİnvestisiya gəliri:5 235,7 milyon manatBüdcədənkənar gəlir:15 066,1 milyon manatDövlət büdcəsinə transfert:10 860,8 milyon manat

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Neft-qaz gəlirləri

2025-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 7 068,8 milyon manat,bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat,akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olmuşdur.

İnvestisiya və büdcədənkənar gəlirlər

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5 235,7 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 066,1 milyon manat təşkil etmişdir.

Dövlət büdcəsinə transfert və xərc istiqamətləri

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat,“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil etmişdir.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 350,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci ilin 9 ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.

Maliyyə bazarları baxımından, 3-cü rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olmuşdur. Hesabat dövrü ərzində Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunmuşdur. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə ARDNF-nin borc öhdəliklərindən əldə etdiyi gəlirlər artmışdır.

Qlobal səhm bazarları üçüncü rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirmişdir. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərmişdir. Bu müsbət dinamika rüb ərzində ARDNF-nin səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə vermişdir.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirmişdir. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə vermişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://marja.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri