Dövlət Neft Fondunun Londondakı ofis kompleksindən gəliri açıqlanıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “St James” ofis kompleksi üzrə 2024-cü ildə ümumi 18.9 milyon funt sterlinq (25.05 mln. dollar) gəlir əldə edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının açıqladığı rəydə qeyd olunub.
Məlumata görə, binanın bazar dəyəri 2024-cü ilin sonuna 195.8 milyon fun və ya 259.08 dollar təşkil edib.
Bazar dəyərinin artımından yaranan gəlir 12.55 milyon funt təşkil edib.
“St James’s Place” və onun ətrafı, Londonun Vest-End məhəlləsində yerləşir və yüksək sinif ofis və maliyyə fəaliyyətləri üçün strateji əhəmiyyət daşıyır. Bu ərazidə arasında “Condé Nast”, “Artemis Fund Management”, “Citibank” kimi beynəlxalq şirkətlər fəaliyyət göstərir və ətrafında lüks mehmanxanalar, üzvlük klubları (məsələn, “White’s”, “Boodle’s”) yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 İyul 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















