Dövlət Neft Fondunun daşınmaz əmlak portfelinin dəyəri açıqlanıb AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 yanvar, AZƏRTAC
ARDNF daşınmaz əmlak investisiyalarına 2012-ci ildə başlayıb və hazırda dünyanın 40-dan çox ölkəsində investisiyaları mövcuddur.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov bildirib.
İsrafil Məmmədovun sözlərinə görə, Dövlət Neft Fondunun daşınmaz əmlak portfelinin təxminən 40 faizi Şimali Amerika, 39 faizi Avropa, digər hissəsi isə, əsasən, Asiya və Sakit Okeanı hövzəsi regionunda yerləşir.
“Xüsusilə qeyd edilməlidir ki, portfelin böyük hissəsini müştərək investisiyalar təşkil edir (fondlar vasitəsilə edilən) və sözügedən investisiyalar qlobal miqyasda geniş təcrübəsi olan nüfuzlu şirkətlərlə birgə həyata keçirilir. Daşınmaz əmlak portfelinin hazırki dəyəri 3,5 milyard dollara bərabərdir və investisiyalara başlanan tarixdən etibarən bu portfel üzrə kumulyativ olaraq 78 faizdən çox gəlir əldə edilib”, - deyə İsrafil Məmmədov əlavə edib.
Müsahibə AZƏRTAC-da dərc olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















