Icma.az
close
up
RU
Dövlət Neft Şirkəti uğurlar yolunda

Dövlət Neft Şirkəti uğurlar yolunda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ötən il şirkətin aktivləri 31,6 faiz artaraq 94,7 milyard manata çatıb

2024-cü ildə qlobal neft və qaz bazarları geosiyasi gərginliklər, dəyişən tələblər, ənənəvi və bərpa olunan enerji sektorlarına əhəmiyyətli investisiyaların təsiri ilə nəzərəçarpacaq dalğalanmalarla müşahidə olunub. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) aparılan struktur islahatları, bazar mövqeyini gücləndirəcək satınalmalar və investisiyalar, eləcə də xərclərin optimallaşdırılması sayəsində ötən ili müsbət nəticələrlə başa vurub. Bu barədə məlumatlar qurumun 2024-cü il üzrə maliyyə göstəricilərinə dair hesabatında yer alıb.

Bildirilib ki, il ərzində bir sıra uğurlu biznes satınalma əməliyyatlarını icra edən ARDNŞ “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində və Türkiyədəki STAR Neft Emalı Zavodunda mərhələli satınalınma, “Umm Lulu”, “SARB”, “Bin Nasher” və “Al Bateel” konsessiyasında pay alışı, “Azər-Türk Bank” ASC-nin satınalınması, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş və Bakı – Tbilisi – Ceyhan boru kəməri üzrə əlavə payın satınalınması və “Azərkontrakt” ASC-nin SOCAR-a ötürülməsi əməliyyatlarını həyata keçirib.

Uğurlu islahatların və biznes birləşmələrinin nəticəsi olaraq hesabat ilində şirkətin ümumi aktivlərinin həcmi 31,6 faiz genişlənərək 94,7 milyard manata çatıb. Bununla yanaşı, şirkətin cəmi kapitalı da əhəmiyyətli şəkildə möhkəmlənərək 39,6 faizlik artımla 48,7 milyard manata yüksəlib.

2024-cü ildə Dövlət Neft Şirkətinin kredit öhdəlikləri əvvəlki illə müqayisədə 2 milyard manat azaldılıb. Bununla belə, yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard manat kredit öhdəliyi qurumun mövcud kredit öhdəliklərinə əlavə olunub. Eyni zamanda, 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq 2,9 milyard manat artıb. Bütövlükdə isə, düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla qurumun kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələr də nəzərə alınmaqla isə 11,9 milyard manat azalıb.

Hesabata əsasən, qurum 2024-cü ili 2 milyard 927 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 41,2 faiz çoxdur.

Ötən il neft şirkətinin satışdan (əsas əməliyyat) gəlirləri 84 milyard 689 milyon manat (əvvəlki ilə nisbətən 0,6 faiz az), satışının maya dəyəri 77 milyard 296 milyon manat (0,9 faiz çox), ümumi-inzibati xərcləri 2 milyard 252 milyon manat (16,1 faiz çox), paylaşdırma xərcləri 2 milyard 45 milyon manat (7,3 faiz az), əmlak, tikili və avadanlıq silinməsi hesabına gəlirləri 15 milyon manat (25 faiz az), sosial xərcləri 351 milyon manat (17 faiz çox), kəşfiyyat və qiymətləndirmə xərcləri 17 milyon manat (eyni qalıb), gözlənilən kredit gəlirləri 46 milyon manat (əvvəlki il zərər olub), maliyyə xidmətlərindən gəlirləri 18 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 2 milyon manat (əvvəlki il olmayıb), sair əməliyyat xərcləri 1 milyard 869 milyon manat (27 faiz az), sair əməliyyat gəlirləri 1 milyard 970 milyon manat (2,3 dəfə çox), effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanan faiz gəlirləri 852 milyon manat (28,3 faiz çox), maliyyə xərcləri 2 milyard 74 milyon manat (13,1 faiz çox), məzənnə fərqindən zərəri 366 milyon manat (49,3 faiz az), xalis monetar mövqe üzrə gəlirləri 1 milyard 114 milyon manat (11,1 faiz çox), birgə müəssislərin maliyyə nəticələri hesabına gəlirləri 540 milyon manat (28,6 faiz az), asılı müəssislərin maliyyə nəticələri hesabına gəlirləri 867 milyon manat (41,7 faiz çox), mənfəət vergisi ödəmələri isə 912 milyon manat (50,5 faiz çox) təşkil edib.

Bu il yanvarın 1-nə şirkətin aktivləri 94 milyard 701 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 31,6 faiz çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 24 faiz artaraq 46 milyard 44 milyon manata, balans kapitalı isə 39,6 faiz çoxalaraq 48 milyard 657 milyon manata çatıb. Qurumun maliyyə hesabatına əsasən, 2025-ci il yanvarın 1-nə əmlak, tikili və avadanlıqlarının dəyəri 55 milyard 466 milyon manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 96,6 faiz çoxdur. Sözügedən dövrə ARDNŞ-nin birgə müəssisələrə investisiyaları 563 milyon manat, asılı müəssisələrə investisiyaları isə 2 milyard 279 milyon manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən müvafiq olaraq 13,6 dəfə və 2,1 dəfə azdır. Hesabatda qeyd olunub ki, bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin depozitləri 2 milyard 840 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur.

Qeyd edək ki, şirkətin 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit qurumu olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 faiz dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Qurumun nizamnamə kapitalı 5 milyard 14 milyon manat təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri