Icma.az
close
up
RU
İNDİKİ GƏNCLƏRİ HEÇ KİM QINAMASIN

İNDİKİ GƏNCLƏRİ HEÇ KİM QINAMASIN

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Gənclik insan ömrünün ən gözəl və ən yaddaqalan anlarıdır. Və bu illərdə insan hər şeyə nail ola bilir. Yəni təhsil alır, öyrənir və axırda da bir işin qulpundan yapışır. Əlbəttə, hər dövrün özünəməxsus gəncliyi olub. Yəni o dövr, o zaman həmin gənclərə  bu və ya digər dərəcədə sirayət edir. Məsələn, bizim 70-ci illərdə olan gəncliyimizlə indiki gənclərin arasında yerlə göy qədər fərq var. O vaxt bizim bir  qayğımız vardı: imtahanları verək və tətilə yollanaq. Təbii ki, biz də tələbə olanda kitab oxuyurduq, tədbirlərə gedirdik və sonra da imtahan verib rahatca qiymət alırdıq. 

Amma bugünki   gənclik tamamilə başqa bir durumdadır. Onların bir, iki qayğısı yoxdur, onların  sıxıntıları və problemləri bizim dövrlə müqayisədə qat-qat daha çoxdur. Və bu gənclər cavan yaşlarında həyatın  ən sərt üzünü görürlər. Ancaq onlar həyatın ən sərt üzünü görsə də, buna qarşı mücadilə və mübarizə aparırlar.  İndiki gənclərin  əsas problemi də  ondan ibarətdir ki, tələbə olanda ikiqat çətinlik yaşamağa məcburdur. Başqa sözlə demiş olsaq, ali məktəblərin çoxunda tələbə yataqxanaları yoxdur və olsa da çox azdır. Aydındır ki, belə bir vəziyyətdə həmin gənclər ayda ən azı 150-200 manat kirayə xərci verməyə məcburdurlar. Bəs, bunu onlar hardan tapsınlar?

Heç də hər adamın ailəsi imkanlı deyil. İmkanı olmayanlar isə çıxış yolu axtarır, kimdənsə kömək istəyir və müxtəlif çətin yollarla o kirayə haqqını tapıb düzəldir və üstəlik də hər il bir ətək təhsil haqqı üçün pul verirlər. Əlbəttə, Azərbaycan gəncliyi bu gün demək olar ki, hər cür çətinliyə və hər bir sıxıntıya tam hazır  vəziyyətdədir. Yəni bu gənclərin ən böyük müəllimi həyatın özüdür. Həyat onları öz məngənəsində sıxır, imtahana çəkir və sanki onları bir daha sınaqdan keçirir. Mən gənclər tanıyıram ki, gündüz təhsil alır, axşamlar isə müxtəlif yerlərdə işləyirlər. Bu gənclər bir çox halda işləməklə yanaş, çətin vəziyyətdə olan valideynlərinə də kömək edirlər. 

Onu da qeyd edək ki, indiki gənclər kitab oxuyanda görürlər ki, kitabda yazılanlarla həyatda olanlar bir-birini tamamlamır. Və bir-birini tamamlamayan işlərə görə o gənclər elə özləri bu çətinlikdən və həyatın burulğanından çıxa bilirlər və işıqlı yola davam edirlər. 

Bugünki gəncləri heç kim qınamasın. Çünki bəzi hallarda hansısa yaşlı adama metroda, avtobusda bir gənc yer verməyəndə onu qınayırlar və deyirlər ki, bunun tərbiyəsinə bir bax, yaşlı adam ayaq üstə qalıb, o cavan isə əyləşib. Amma biz bilmirik ki, yerini  başqasına verə bilməyən o gəncin çiynində hansı ağır yük var. Və bu gənc hansı xəstəliklə mücadilə edir. Bir dəfə  belə bir gənci qınayanda o, ətrafdakılara dedi ki, niyə mənə nifrətlə baxırsınız, mən onkoloji xəstəyəm, ağır müalicələr götürmüşəm və müalicələr də elə bir effekt vermir. Bu sözlərdən sonra  onu qınayan adamların  hamısı  susdu və elə bil ki, qurbağa gölünə  daş atdılar. 

O günü  metronun «Xalqlar  dostluğu» stansiyasının çıxacağında bir yaşlı insanın  vəziyyəti pisləşmişdi. İki gənc tez ona yaxınlaşdı, kömək göstərdilər. Gənclərdən biri tez qaçıb yaxınlıqdakı köşkdən bir şüşə  su aldı, yaşlı insanın sifətini su ilə yudu. Və sonra da cibindən dəsmalını çıxarıb onun çöhrəsini  quruladı. Bir müddətdən sonra həmin yaşlı insan özünə gəldi və uşaqlara təşəkkür elədi ki, nə yaxşı mənə  vaxtında kömək göstərdiniz, nəfəs ala bilmirdim. Az qalmışdım öləm, Allah sizi qorusun! 

Bu gün Azərbaycan gəncliyi sözün həqiqi  mənasında Vətənini, xalqını, millətini, torpağını çox böyük məhəbbətlə sevir. Onların çoxu ilə ünsiyyətdə olanda görürük ki, bunlar bizim dövrün gəncliyindən daha çox əziyyət çəkiblər və daha çox da Vətənə xidmət ediblər. Bilirsiniz İkinci Qarabağ savaşından sonra nə qədər gənclərimiz sağlamlığını itirib? Düzdür, onlar Vətəni qorudular, qazi oldular, amma onların gənc yaşlarında bəzisi əlini, bəzisi qolunu, bəzisi də qılçını itirdi. Amma onların  Vətən məhəbbəti hər şeydən güclü oldu. 

Mən gənc xanım tanıyıram ki, bax, o əlini, qolunu, gözünü və qılçını Qarabağ savaşında itirmiş gənclərimizə öz sevgilərini bildirir və hətta onlarla ailə qururlar. Halal olsun belə qızlarımıza ki, Vətəni sevən və onun yolunda sağlamlığını itirən gəncləri sevindirirlər. Bu gənclər hər cür mükafata, hər cür sevgiyə, hər cür diqqətə layiqdir. Bəlkə də dünyada  Azərbaycan gəncləri qədər mərd, döyüşkən və vətənpərvər  gənclər çox azdır. Çünki bizim bu gənclər tək Vətəni müharibədə işğalçılardan azad etməyiblər, həm də Vətənin iqtisadiyyatına, elminə, mədəniyyətinə, idmanına öz  töhfələrini veriblər. O gənclər ki dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qızıl medal qazanıblar və Azərbaycan bayrağını qaldırıb və Azərbaycan himnini səsləndiriblər. 

Sözün həqiqi mənasında bizim gənclər çox fəxr ediləsi və qürur duyulası uşaqlardırlar. Bir dəfə metroda  bir gənclə söhbət elədim. Gördüm ki, çox yorğundur. Soruşdum niyə belə yorğunsan? Dedi ki, axşam işdə olmuşam, indi də dərsə gedirəm. Amma həyatın çətinlikləri məni heç vaxt qorxutmayıb. Çünki Ostrovskinin bir romanını oxumuşam «Polad necə bərkidi», bax, o romandan sonra heç bir çətinlikdən qorxmuram. Həyatın çətinlikləri bizi sıxa-sıxa, vura-vura gələcəyə hazırlayır. Əgər bir həyatın çətinliklərini, əzab-əziyyətini yaşamasaydıq 2020-ci ildə  44 günlük İkinci Qarabağ savaşında ermənilərə qalib gəlib ərazimizin iyirmi  faizini  geri qaytarmaz və ərazi bütövlüyümüzü tam təmin edə bilməzdik. Bu günün özündə də işləməyimə və oxumağıma baxmayaraq, yenə Vətənimizin dar günü olsa əlimə silah alıb onun uğrunda son nəfəsimə qədər vuruşmağa hazıram. 
Bax, Azərbaycan gəncliyi bu gün belə düşünür, belə işləyir və belə yaşayır. Yəni onlar üçün  Vətən, xalq, millət madiyyatdan, var-dövlətdən daha öncədir. Çünki Vətən və dövlət olmayandan sonra o insanların yaşamağı da bir şey deyil. Amma nə yaxşı ki bizim  müstəqil dövlətimiz və belə mübariz, döyüşkən, cəsur gənclərimiz var!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri