Icma.az
close
up
RU
Dövlət Neft və Sənaye Universiteti QS reytinqində dünyada 851 900 cü mövqedə qərarlaşıb

Dövlət Neft və Sənaye Universiteti QS reytinqində dünyada 851 900 cü mövqedə qərarlaşıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralaması açıqlanıb. Nəticələrə əsasən, “QS Dünya Universitetləri Reytinqi 2026”da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Xatırladaq ki, QS-nin 2025-ci il üçün açıqladığı reytinqdə ADNSU 1001–1200-cü sıralarda qərarlaşmışdı.

Builki irəliləyiş əsasən universitetin tədris keyfiyyətinin və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlıdır. Reytinq göstəricilərinin təhlili göstərir ki, ADNSU xüsusilə tədrisin keyfiyyətinə görə (tələbələrə dəstək, tələbə-müəllim münasibətinə görə) yüksək nəticə əldə edib. Belə ki, universitet bu göstəricidə 73.3 bal toplayaraq tələbələrə göstərilən akademik dəstəyin və tədris prosesinin yüksək səviyyədə olduğunu sübut edib.

Bundan əlavə, əcnəbi müəllim heyəti üzrə göstərici 46.8 bal, məzunların işlə təminatı üzrə göstərici isə 45.0 bal olub. Bu, ADNSU-nun beynəlxalq əmək bazarına inteqrasiya olunmuş məzunlar yetişdirdiyini və akademik heyətinin qlobal rəqabətə uyğunluğunu təsdiqləyir.

Bu nailiyyət təkcə ADNSU üçün deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemi üçün də əlamətdar hadisədir. ADNSU bu reytinqdə ölkə üzrə 3-cü yeri paylaşaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas ali təhsil müəssisələrindən biri kimi çıxış edir.

QS-in regional direktoru Sergey Xristolyubov da qeyd edib ki, Azərbaycanın ali təhsil sistemi bu nəticələrlə Cənubi Qafqaz regionunda lider mövqeyini bir daha təsdiqləyib. ADNSU isə bu uğurun ayrılmaz tərkib hissəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı, müasir və strateji ali təhsil müəssisəsi statusunu bir daha sübut edib.

Onu da qeyd edək ki, QS Dünya Universitetləri Reytinqi üçün bu il 106 ölkədən 8467 universitet müraciət edib. Onlardan 2026-cı il reytinqində 1501 universitet yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri