Icma.az
close
up
RU
Balaxanıda birəsrlik tarixi olan neft quyusuna “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 100” adı verilib

Balaxanıda birəsrlik tarixi olan neft quyusuna “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 100” adı verilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilat ərazisində birəsrlik yaşı olan neft quyusu adında əks etdirəcək.

AZƏRTAC xəbər verir ki, “ADNSU-100” adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib.

“Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev “Neft sənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusunda fikirlərini bölüşüb. O, Ulu Öndərin təhsil aldığı, Xoşbəxt Yusifzadə və çoxlu sayda digər tanınmış məzunları olan ADNSU-nun yetişdirdiyi mütəxəssislərin Vətənimizin enerji sektorunu yaradanları olduğunu bildirib. 4-cü Sənaye İnqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu gün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı var: “Enerji sərvətlərimizin işlənilməsi məsuliyyətli və dayanıqlı şəkildə aparılmalıdır ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin. Balaxanı Əməliyyat Şirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayeni biri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya və innovativ təcrübələrlə çıxış edib ölkəmizin neft və qaz hasilatının dayanıqlılıq erasını birgə quracaq”.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov isə diqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir. O bildirib ki, bugünkü tədbirdə təmsil olunan hər iki təşkilat üçün insan kapitalının formalaşması, xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlə təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq müsbət nəticə verəcək: “Əməkdaşlığımızda üç ümumi istiqamət vacibdir - müasir iş mühitinə uyğun kadrlar yetişdirmək üçün təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, sənayenin təcrübəsindən istifadə edərək ADNSU tələbəsinin təhsildə keçirdiyi hər gününə praktiki faydanın qatılması, ekoloji mühafizə və dayanıqlılıq naminə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi”.

Tədbir çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra ADNSU-nun rektoru “Balakahni Operating Company LTD”nin prezidenti Rövşən Rzayevə “ADNSU-nun 100 illiyi yubiley medalı”nı təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.

ADNSU-dakı “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetə gələn qonaqlar Azİİ e-Kitab Evi və Tarix muzeyində olublar, Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və Şəhidlər üçün ucaldılmış Abidə kompleksini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri