Icma.az
close
up
RU
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ittihamlara cavab verdi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ittihamlara cavab verdi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti son günlərdə bəzi informasiya portallarında yayılan məlumatlara münasibət bildirib. Tribunainfo.az-a göndərilən açıqlamada qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir neçə müəllimin iş müqavilələrinin uzadılması üzrə müsabiqələrin nəticələri haqqında böhtan xarakterli fikirlər yer alıb. ADNSU xatırladır ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması haqqında Əsasnaməyə əsasən müəllim vəzifəsi müsabiqə yolu ilə 5 il müddətinə seçilir.

“Müddəti başa çatmış müəllimin vəzifəsinin tutulması üçün açıq müsahibə elan olunur və kafedra əməkdaşlarının səsverməsi yolu ilə həmin vəzifəyə seçki həyata keçirilir. Ən yaxşı müəllimlərin müsabiqə yolu ilə tədrisə cəlb edilməsi ali məktəblər üçün prioritet məsələlərdən olduğundan ADNSU-da səsvermənin bütün mərhələlərinin açıq və ədalətli keçirilməsi təmin edilib.

Müsabiqənin nəticələrindən narazı qalan müəllimlərin şikayətləri istər Nəsimi rayonu Məhkəməsində, istərsə də Bakı Appelyasiya Məhkəməsində təmin olunmayıb, araşdırma zamanı şikayətlərdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Bəzi məqalələrdə ADNSU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Vazeh Əskərovun rəhbəri olduğu universitetdə guya ikinci ali təhsil alması barədə qeydlər həqiqəti əks etdirmir və elektron təhsil sistemi sayəsində bunu bir neçə kliklə öyrənmək olar”,_ deyə verilən açıqlamada vurğulanıb.

Bundan əlavə, bildirilib ki, ADNSU obyektiv səbəblər üzündən yollarını ayırdığı müəllimlərin bir neçə informasiya portalında qərəzli kampaniya aparmasından təəssüf hissi keçirir: “Ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan ADNSU-da son bir il ərzində müəllimlərin əmək haqqı 20% artıb, müəllimlərin dərs yükü azaldılıb, elmlə məşğul olmaq imkanlarının genişlənməsi sayəsində onların beynəlxalq elmi jurnallarda rekord sayda məqaləsi dərc olunub, alimlərimizin təqribən 70%-i əlavə maaş alır, yeni laboratoriyalar, karyera mərkəzi, layihələrin idarəolunması ofisi açılıb, universitetimiz nüfuzlu beynəlxalq reytinqlərdə irəliləyib, neft mühəndisliyi ixtisası üzrə dünyanın ən yaxşı ali məktəbləri sırasına daxil olub. Bir neçə müəllimin əsassız iddiaları universitetimizin imicinə zərər vurmaqla yanaşı ADNSU-da çalışan, hər gün öz biliklərini gənc nəslə ötürən yüzlərlə müəllimə, eləcə də bizdə təhsil alan 20,000-dək tələbəyə mənfi təsir göstərir. Biz, akademik mühitimizlə bağlı məsələlərin obyektiv və ədalətli müzakirəsinə çağırırıq. Belə sui-istifadələr gələcəyin mütəxəssislərinin formalaşdırılmasına, ölkəmizdə elm və təhsilin inkişafına kölgə salır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri